Kimdir ...?
AFFA, yoxsa Cavadov?
Natiq MUXTARLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dalana dirənən futbol...
... Yaxud sorağı gəlməyən istedad
-
AFFA-da təcili iclas
Hesabat verməli olan adam hesabat istədi
-
Bahalı əcnəbi sevdası
Qanun pozuntusu yoxdur, amma korrupsiya var
-
Lixtenşteyn…
... Yaxud 21 rəqəminin uğursuzluğu
-
Rəhmətlik futbolumuz ...
... Yaxud AFFA-nın qurbanı olanlar üçün sayğı duruşu
-
“Azarkeşlərin isti qarşılanacaqlarına inanıram”
Britaniya səfiri Bakıda keçiriləcək Avropa Liqasının finalı haqda
-
“Bakıya uçuşlar ətraf mühitə zərər vuracaq”
İngiltərə KİV-i sayıqlamaları, Kloppun cahilliyi
-
İngilislərin səhvi
Final günü dünya bizi dinləyib və bizi eşidəcək
-
Əsas təhlükəsizlikdir
UEFA Bakının “qara qaşına-gözünə” vurulmayıb
-
Gürcülər irəli, biz geri...
“CBC Sport”un kamerası qarşısında boşboğazlıq etmək iş görmək deyil
-
Qalırsan məəttəl. Bilmirsən ki, kimdir şarlatan.
Deməli ki, həşəmətli AFFA İsgəndər Cavadovu ölmüş Gəncə futboluna kurator təyin edib.
Yəni Şeyx Nəsrullah olacaqmış Cavadov. Yəni Gəncə futbolunun dirilməsinə cavabdehlik daşıyacaqmış.
Vaxtınızı çox almayım, başınızı da ağrıtmayım, deyim ki, Gəncə futbolunun yeni kuratoru İsgəndər Cavadov Regional Futbol Federasiyasının prezidentidir. Guya.
Guya deyəndə ki, AFFA-nın büdcəsindən bu federasiyaya hər il xeyli vəsait ayrılır. Regional Futbol Federasiyasının da işi nədən ibarətdir? Regionlarda futbolunun inkişaf etdirilməsindən. Guya.
Yəni İsgəndər Cavadov Regional Futbol Federasiyasının prezidenti kimi Gəncədə futbolu inkişaf etdirməyə borclu idi. Guya.
Amma Gəncədə futbol inkişaf etmək əvəzinə ölüb. İndi bur Regional Futbol Federasiyasının rəhbəri kurator kimi Gəncəyə gedib. Gedib ki, orda futbolu diriltsin. Özü də oturub bərli-bəzəkli bir kabinetdə və deyib ki, gəlin birləşək.
Bu birləşmənin necə olacağı barədə isə danışmayıb. Birləşmə hansı şəkildə olmalıdır ki, Gəncədə futbol dirilsin və ya doğulsun.
Bəlkə də Cavadov “birləşmə” deyərkən Bakı bulvarında cüt-cüt gəzməyi nəzərdə tutur. Amma lap bunu nəzərdə tutursa belə, birləşmə ehtimalı yoxdur.
Çünki Cavadov Bakı bulvarında Oqtay Abdullayevlə cütləşir, yəni birləşir.
O Oqtay Abdullayevlə ki, indiyə qədər Azərbaycan, o cümlədən Gəncə futbolunun veteranları üçün ayrılan vəsaiti elə Bakı bulvarında “öldürüb”, ya da “yuyub”.
İndi qalırsan məəttəl. Regional Futbol Federasiyasının prezidenti – yəni regionlarda futbolun inkişafına cavabdeh olan şəxs Gəncəyə kurator göndərilir. Ona deyilir ki, get Gencədə futbolu dirilt. Hansı ki, ölümündə hər ikisi günahkardır.
İndi qalırsan məəttəl. Bunlardan şarlatan - Şeyx Nəsrullah olanı hansıdır? AFFA, yoxsa İsgəndər Cavadov?