Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
10:41 | 10 aprel 2025 | Cümə axşamı
Məqaləyə 179 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İqtisadiyyat elmdir, emosiyaları işin içinə qatanda, qərarlara, hadisələrə rasional deyil də, hisslərlə qiymət verəndə eybəcər və yanlış mənzərə alınır, doğru olmayan fikirlərlə ictimaiyyəti manipulyasiya etmə cəhdləri yaranır.
Son günlərdə Trampın tarif qərarlarını tənqid/təhqir edən, Anadolu qardaşlarımız demiş, bir sürü iqtisadçılar gördüm. Hətta mütəxəssisləri də qoyaq kənara, başı heç nədən, əsas da iqtisadiyyatdan çıxmayan, sadəcə nifrət üzərindən emosiyalara qapılan insanlar yağışdan sonra göbələk kimi artmağa başladı. Dünya mətbuatında da, bizim sosial şəbəkələr seqmentində də bu növ insanlar çoxaldı.
Əsas “arqumentləri” də o idi ki, Trampın qərarlarından sonra birjalar çökdü, səhm bazarı kəskin dəyər itirdi, hətta Mask belə Trampa qarşı çıxdı. İşin içinə öz dar düşüncə tərzlərini də qataraq, ağıllı pozada ciddi mövzularda bəsit fikirlər səpməyə başladılar.
İlk gündən bütün publik çıxışlarımızda dedik ki, tarif məsələsinin əsas məqsədi danışıqlar üçün təməl yaratmaqdır. Birjalar düşər də, qalxar da, əsas məsələ tariflər üzərindən danışıqlar üşün üstünlük qazanmaqdır.
Dünən Tramp elan etdi ki, Çindən başqa digər ölkələrlə anlaşmalar hazırlanır, 75 ölkə həmən ABŞ şərtləri ilə razılaşıb, indi texniki detalları müzakirə və yekun sənədlər imzalamaq üçün Çin xaric bütün ölkələrə 10 faizdən artıq yeni tarif tətbiqi 90 gün ertələnir. Bu 90 gün ərzində ölkələrlə yeni anlaşmalar imzalanacaq.
Dünən birjalarda toy-bayram oldu – “NASDAQ indeksi” 9,27 faiz artdı, “S&P 500” indeksi 7,24 faiz yüksəldi, “Dow Jones” indeksi 6,14 faiz dəyər qazandı. “The Wall Street Journal” nəşri dünən səhm bazarında olan yüksəlişləri, birjalar tarixində ən gözəl günlərdən biri kimi təqdim etdi.
Maskın böyük pullar itirdiyini söyləyən, buna sevinən, beləliklə də Maskın Trampla düşmən olacağını proqnoz edən ideoloji “kasıblar”, emosional yanaşma ilə düşüncə sərhədlərini daraldanlar indi nə deyəcəklər? “Tesla”nın səhmlərinin dəyəri tək dünən 22,69 faiz artdı, Mask itirdiklərini qaytardı.
Həyatım boyu uzaq gəzməyə çalışdığım insan tipi bəsit adamlar olub, ən mürəkkəb məsələləri belə sadə izah etməyə çalışanlar nə özlərinə, nə başqalarına hörmət edə bilməzlər. Siyasət, əsas da iqtisadiyyat mürəkkəbdir, çoxyönlüdür, bir neçə gedişi öncədən hesablamaq gərəkdir, idman dili ilə desək, şahmatdır. Amma bəziləri şahmat fiqurlarını taxdaya düzüb “Çapayev” oynayırlar, anlamırlar ki, bununla insanlığa, düşüncəyə, diskursa primitivlik qataraq, ciddiliyi zəflədərək keyfiyyəti aşağı çəkirlər.
Hə onu da deyim ki, tam aydın olsun: Tramp tariflərlə dünyaya təzyiq etməklə düz edirmi – təbii ki, yox, düz eləmir, amma özünə, ABŞ-a sərf edən doğrunu edir, danışıqlarda üstünlük qazanır. Ona görə də, problem Trampda deyil, bizim situasiyanı doğru oxumamağımızda, “keçmiş yoldan asılılıq” prinsipində ilişib qalmağımızdadır. Biz niyə düşünürük ki, ABŞ dünya üçün yaxşı nədir, onu etməlidir?! ABŞ özü üçün doğru olanı edir, buna gücü çatır, üstünlük qazanır, özünün maraqlarını təmin edir – bu dünya üçün ədalətlidirmi? Təbii ki, yox, amma niyə ABŞ özü üçün deyil də, dünya üçün ədalətli üstünlük qazandırmalıdır ki?!
Hədəfində isə əsas Çindir, digər ölkələr, sadəcə, bu hədəfin küləyə tuş gəlirlər...