
“Azarkeşlərin isti qarşılanacaqlarına inanıram”
Britaniya səfiri Bakıda keçiriləcək Avropa Liqasının finalı haqda
Britaniya səfiri Bakıda keçiriləcək Avropa Liqasının finalı haqda
İngiltərə KİV-i sayıqlamaları, Kloppun cahilliyi
Final günü dünya bizi dinləyib və bizi eşidəcək
UEFA Bakının “qara qaşına-gözünə” vurulmayıb
Klubun akademiyasında islahatlar qaçılmazdı
İstənilən nəticə Elxan Məmmədovun da gündəliyinə yazılacaq
... həm də pul
Bəxtiyar Musayev od püskürdü: «Keyfiyyəti düşünən yoxdu»
Ayxan Abbasov: «Bunun əsasında işləyəcəyik»
... Varsa, niyə gizlədilir?
Bir az şübhə, bir az qisas, bir az da...
... Yaxud Ramiz Məmmədovun haqlı üsyanı
Futbol tariximizdə ilk - 2 futbolçu danışılmış oyunlarda şübhəli bilinir
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
Nizami Hacıyev: «Bu yaşda xaricə getmək mənasızdır»
İnanın mənə, bunu etmək olduqca çətindi. Hətta çox çətindi. Çünki bunu bacarmaq üçün adamda ağıl, fərasət, təşəbbüskarlıq olmalıdı. Siz elə bilirsiz ki, sökmək, dağıtmaq asandı? Əgər elə düşünürsüzsə, yanılırsız. Çətindi, çox çətindi. Üstəlik söhbət xalq diqqət mərkəzində olan nədənsə gedirsə. Axı camaat nə bilir axı kreativlik, yenilikçilik, yaradıcılıq nədir? Onlar düşünür ki, sökmək, dağıtmaq mahiyyətcə yaradıcılıqdan uzaq bir şeydir. Ona görə də, bu işlə məşğul olanları ən yaxşı halda tənqid edirlər, pis haldasa, söyürlər.
Amma nahaq. Bunu başa düşmək üçün gərək xaraktercə həm yaradıcı, həm də təşəbbüskar olasan. Üstəlik, ağlın, səbrin də olmalıdı. Çətin işdir, çox çətin. Gördünüz, «Neftçi»ni necə dağıtdılar? Həm də neçə ilə dağıtdılar. Yox, bu işə dünən yox, hələ Hans-Yurgen Gedenin dönəmində «poexali» deyib, girişmişdilər. Amma o zaman «qaragüruh», yəni xalq bu işin sona çatdırılmasına imkan vermədi.
Sözün düzü həmin vaxt bir qədər təcrübəsizlik də olmuşdu. Yoxsa xalqın ağzını bağlamağa nə vardı ki? Səbirlə gözlədilər. Məqam yetişən kimi yenə də başladılar. Yadımdan çıxmadan onu da deyim ki, bu məsələdə həm də iradə tələb olunur. Hansı ki, birinci mərhələdə barbarlarda bu yox idi. Axı sökürsənsə, sənə qarşı təpkilər olacağı məlumdur. Bax o gərginliyə davam gətirmək üçün iradə lazımdır ki, «yaradıcı» söküntünü bitirsin.
Bitdi. Xalq yazıçısının, şən və hazırcavabın, pianistin yaradıcı təfəkkürünün mükəmməl vəhdəti sənət əsərini başa çatdırmağa imkan verdi. «Neftçi»ni dağıtdılar. «Xalq komandası»nı yaradıcı təfəkkürlə, gözəl dağıtdılar. Bu dəfə xalq zövq aldı bu yaradıcı söküntüdən. «Yaradıcılığın sərhədi olmur» ifadəsi boşuna deyilməyib ki.
Bitdi. «Neftçi»ni sökdülər. Uçurdub dağıtdılar. İndi gedə bilərsiniz. Amma gecən cisminizdir. Şübhəniz olmasın ki, adınız Azərbaycanın futbol tarixində qalacaq. Həm də futbolun qara səhifələrində. Sizi heç vaxt unutmayacaqlar. «Xalq komandası»nı xalqa zövq yaşada-yaşada dağıtmağı bacaranları, xalq unutsa da, tarix unutmayacaq. Artıq vəzifənizi bitirdiniz. Cisminizi də götürüb, gedin!