
Futbolda “ketçup effekti”
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Azərbaycan futboluna rekviyem əvəzi
Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı
Bir dərviş lazımdı ki, partlada Parisi
Abbasov millinin arxa bağçasında möcüzə yarada bilərmi?
Futbolumuzun əsas problemi hakimlər deyil
Yeni qərar quruma və onun rəhbərliyinə olan etimadı artıracaq
Fərəcullayev kimdir, ona münasibət necə olmalıdır?
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
Mikrouğurlar eyforiya yaratmamalıdır
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
«Neftçi»də yeni dönəm başlayır. Bu gün baş tutacaq «Sumqayıt»la səfər matçının nəticəsindən asılı olmayaraq, təzə həftənin ilk günündə klubda islahatlar start götürəcək.
Yeni prezident Kamran Quliyevin məşqçilər heyətini dəyişəcəyi dəqiqdir. Lakin bunun üçün ən uyğun zaman gözləniləcək. Futbolçularla bağlı qərarların yaya qalacağı qaçılmaz reallıqdı. Əvəzində inzibati heyətə əl gəzdirilməsi üçün münbit şərait var.
«Neftçi» büdcəsinə görə hazırda ölkənin 3-cü komandasıdır. Lakin maliyyə elə xərclənir ki, əsas komandaya diqqət yetirmək mümkün deyil. 250 nəfərə yaxın işçi heyəti var və aylıq büdcənin az qala yarısı onlara gedir. Aylıq 100 min manat kredit ödənişinə, 250 min manat futbolçu və məşqçi heyətinin maaşına sərf olunur. Bu xaosda uğurdan danışmaq, A komandasının gücləndirilməsinə cəhd etmək müşküldür.
Quliyev yeni işə başlayarkən mütləq ilk növbədə ixtisarlara meydan verməli, işçi heyətinə əl gəzdirməlidir. Qohumluq, tanışlıq prinsipləri ilə kluba doldurulan 100-dən çox bacarıqsız kadr var. Digər klubların 10-15, uzağı 30-40 nəfərlik işçi heyəti ilə daha mükəmməl struktura nail olduğunu nəzərə alsaq, «Neftçi» də bu yolu tutmalıdır. Əlavə işçilər yola salınmalı, əsas güc nəticəni təmin edəcək komandaya (kluba yox ha – red.) verilməlidir.
Kamran bəyə arzulolunmaz miras qalıb. Menecer Kamil Məmmədovun planı ilə 5 illik kreditə girən prezident Orxan Hüseynzadə «Neftçi»nin növbəti 4 ilini də riskə atıb. Akademiyanın istedadlı yetirmələri hamısı yola salınıb, yerli oyunçu potensialı məhv edilib. Komandaya götürülən legionerlər layiq olmadığı müqaviləyə imza atıb və onlar heyətə yük olacaqlar. Hələ Mateo Mujek yola salınmalı, ödənilməmiş kompensasiyalar sahiblərinə çatdırılmalıdır.
Bu vəziyyətdə uğur qazanmaq mümkünsüzdü. Quliyevə sələflərinin səhvlərinin nəticəsi olan xarabalıq qalıb. Hər rəhbərlik dəyişəndə özündən əvvəlkilərin problemlərini, borclarını da təhvil alıb. Kamran bəy diqqətini o problemlərin həllinə yönəltsə, bu günü xilas edə, sabahı qura bilməz. Bu səbəbdən ilk addım audit qoxlaması tələb etmək, təftiş aparmaq və təmiz klubda işə başlamaqdı. Son 3 ildə 25-30 milyon manat pul dağıdılıb, 5 illik kredit götürülüb. Prezident çiynini bu yükün altına versə, onurğa sütununa zərər yetirər.
«Neftçi» indi tam olaraq AFFA-nın baş katibi Elxan Məmmədovun kurasiyasındadır. Daha dolayısı ilə deyil, birbaşa Məmmədovun kadrı səlahiyyət sahibidir. Deməli, istənilən mənfi və ya müsbət nəticə həm də Elxan bəyin gündəliyinə yazılacaq. Cütlük ya imperiyalarının zəfərini «Neftçi»də qeyd edəcək, ya da məhvə doğru birlikdə gedəcəklər.