Qadın kimi futbol
Ayırmağı da dəhşətlidir, birləşdirməyi də...
Günay ARDA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
-
36 yaşda 90 faizlik göstəricilər
Yaxud bir daha Rəşad haqda...
-
Ruhdan düşməyək
Unutmayaq ki, bu komanda səfərdə neçə-neçə uğurlar qazanıb
Qadınlarla kişilərin futbol söhbəti həmişə fiaskoya uğrayır. Kişi təkəbbürü qadının futbolu hiss etməyini qəbul edə bilməz. İyirmi dörd kişinin bir məqsəd uğrunda yaşıllıqlar içində, can bazarında var-gəl etməsinə qadın etinasız yanaşa bilməz.
Qadın, bəlkə də, yaxşı azarkeş deyil, amma yaxşı tərəfdardır. Futbol təkcə oyun yox, birgə sevinc yaşaya bilmək qabiliyyətidir. Birgə sevinc isə elə bir nəsnədir ki, çoxumuz bacarmırıq. Bizim sevinci paylaşmaq, başqasının sevincini hiss etmək bacarığmız kütdür. Bəlkə də, toplum olaraq birgə sevinclərə tamarzıyıq. Şəxsi sevinclər aldadıcıdır, keçicidir. Bir müddət sonra effekti çıxır. Yerini boşluq alır. Birgə yaşananlar, birgə sevinilən hadisələri həmişə yaxalamaq olmur.
Hər kəs rütbəsini biləcək, 100 faiz çempion.
İdman milli heysiyyatı olan üçün şərəf məsələsidir. Türkiyə toplumu üçün «Qalatasaray» ayrı mərəzdir. Bir evdə, eyni ana-atadan olan iki qardaş ayrı-ayrı komandalara tərəfdarlıq etdiyi üçün bir-birini al-qana da boyaya bilir, heç vaxt tanış olmayan iki insan «Qalatasaray»ın qalibiyyətinə görə qucaqlaşıb sevinc göz yaşı da tökə bilir.
«Qalatasaray» Azərbaycanın həmişə təskinlik komandası olub. Nəzərə alanda ki, uzun müddət toplum olaraq futbol sevincinə həsrət qalmışıq, biz bu sevgini «Qalatasaray»la balanslaşdıra bilmişik. «Qalatasaray»ı sevmək, bir italyan, ispan komandasını sevməklə eyni deyil.
Yenə «Qalatasaray» Türkiyəni coşdura bilib. Ölkə çempionu olub. Birgə sevincləri azalan Türkiyəni tərpədə bilib. Nə saysız-hesabsız terror, nə milli bölünmələr, nə də dindarlaşma türkün futbol sevincini azaldıb. Minlərlə insan İstanbulda din, cins, irq, milliyyət fərqi qoymadan qol-qola «Qalatasaray»ın «generallığını» qeyd edir.
Bu qədər təsadüf olmaz...
«Qarabağ» ölkə çempionu olur. Bakıda məlum yanğın baş verir. Çempionluğa sevinməyimiz təxirə salınır. «Qarabağ»ın bəxtini bu dəfə də yanan bina qaraldır.
«Traxtur Sazi»nin 100%-lik qalibiyyəti əlindən alınır. Yüzlərlə təbrizli qanına boyanır. Bizim birgə sevinclərimiz yenə də, növbəti dəfə zorla əlimizdən alınır.
Futbol yox, birlik tərəfdarıyam. Futbol mənim üçün «Qarabağ»ın adını xarici televiziyalardan eşitməkdir, yüzlərlə türkün, kürdün, çərkəzin, lazın İstanbulda əl-ələ, çiyin-çiyinə qucaqlaşmağıdır. «Traxtur Sazi»yə görə Bakıdakı gəncin göz yaşı tökməyidir, Təbrizi özününkü hiss etməyidir.
İdman sevinci birgə sevinməyə səbəbi az olan toplumlar üçün əldəndüşmədir. Qarşıdan Olimpiada gəlir. Fürsəti qaçırmayın. Birgə sevinməyə səbəblər tapın. Tanımadığınız insanları qucaqlayın. Sevinc göz yaşlarınızı bir-birinə qarışdırın. Ağlamağa, matəmə, kədərə dünya durduqca səbəb var. Sevinmək üçün səbəbdir, fürsətdir, şansdır. Sevincinizdən, sevindirə bilən hər şeydən bərk-bərk yapışın. Komandanızın tərəfini heç qardaşınıza da verməyin.
Futbol da qadın kimidir: Ayırmağı da dəhşətlidir, birləşdirməyi də...