vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
09:27 | 16 avqust 2024 | Cümə Məqaləyə 1569 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əzmkarlıq, dirəniş

Bu parlaq qələbəni azərbaycanlı qazandı…

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbolu olmayan ölkənin komandası futbolu olan ölkənin komandasına qalib gəlir. Qurban Qurbanovdan, mərhum Böyükağa Hacıyevdən sonra nəhayət, üçüncü azərbaycanlı məşqçi də avrokuboklarda “pley-off”a qədər gəlib çıxır.

Hələlik ən azı “pley-off”a qədər deyək.

Azərbaycan və Xorvatiya klublarının duelində bizim Rəşad Sadıqovun “Zirə”si “Osiyek”lə həm birinci oyundakı 90 dəqiqədə, həm ikinci görüşdəki 120 dəqiqədə – yəni düz 210 dəqiqə xarakter göstərib qələbəni dişiylə-dırnağıyla qazanır.

Və onda Rəşadın futbolçu kimi karyerasının ən parlaq dövrü ani olaraq gözümün önündən keçir. Məşqçi Rəşad elə bil futbolçu Rəşadının ruhunu yaxın-uzaq 2000-ci, 2010-ci illərdən “Osiyek”lə oyuna gətirib çıxarmışdı. “Zirə”nin hər bir futbolçusu dünənki matçda mənə bax həmin o Rəşadı xatırlatdı: “Turan”da istedadı ilə zirvəyə can atan, “Neftçi”də yüksəlişə başlayan, “Qarabağ”da isə artıq istədiyi o mərtəbəyə gəlib çatan Rəşada…

Qapıçı Tyaqodan tutmuş hücumçu Volkova qədər…

Ən kritik situasiyada 4 penalti qaytarmaq – Tyaqo bunu bacardı.

90 dəqiqə meydanda az qala gəzib yekunda bir əla qolla komandasını məğlubiyyətdən qurtarmaq və ona qələbə yolunun qapısını açmaq – Volkov elə bil məhz “Zirə” üçün yaranıb.

Gürcü futbolçu ilə onun hücumdakı həmkarı Utziq artıq Konfrans Liqasında hərəyə 3 qol vurublar. KL-dəki 4 oyuna 6 qol..

Məgər, “Zirə”nin tənqid edilən “müdafiə futbolu” belə olur?

Baxıram, futboldan bixəbər bəzi insanlarımız bu qələbəni ancaq legionerlərin adına çıxmağa uğursuz cəhd edirlər. Elə isə “Osiyek”lə matçda meydanda canlarını qoyan azərbaycanlı balalarının -

və sırf Azərbaycan futbolunun yetirmərinin ad-soyadlarını bir-bir yazım: Qismət Alıyev, İsmayıl İbrahimli, Hacıağa Hacılı, Ceyhun Nuriyev, Məqsəd İsayev.

Qismətin hər oyun mübarizə əzmi yaxşı mənada heyrət doğurur. Müdafiəçidir, amma hücumçu da demək olar. Həm arxa, həm orta, həm də ön xəttə yorulmadan güclü dəstək verir.

Bəli, əsl kapitanlar təsadüfən seçilmir.

Dayaq yarımmüdafiəçisi İsmayıl “Zirə”də daha da artırıb, komandanın onurğa sütünuna çevrilir. Hacıağa da sonradan oyunlara yaxşı qoşulur, boşluq vermir.

Ceyhun… “Osiyek”lə birinci oyunda zəif çıxış etdi, az tənqid olunmadı. Dünən ehtiyatda idi, sonradan oyuna daxil oldu, matçın son dəqiqələrində məhz o, əzmkarlıq, dirəniş göstərib topu ələ keçirdi, Volkova ikinci mühüm qolun ötürməsini etdi. Deməli, xarakteri var, üzərində işləməyi və haqlı iraddan nəticə çıxarmağı bacarır. Belə oyunçular böyüyə bilirlər…

Məqsəd və dünən oyuna daxil olmayan digər azərbaycanlı oyunçularımız…

Və ya Ukrayna futbolunun yetirməsi olsa belə azərbaycanlı Rüstəm Əhmədzadənin əzmkar oyununu necə qeyd etməyəsən?

Bu oyunçular hamısı futbolu olmayan ölkənin oynaya bilən futbolçularıdır.

Və nəhayət, bu qələbənin memarı – daha bir azərbaycanlı Rəşad Sadıqov… Bu qələbəni qazanan adam.

İşi düz görəndə, iş qabiliyyətli və peşəkar insana tapşırılanda futbolu olmayan ölkədə belə yaxşı futbol komandaları yaranmağa başlayır.

“Qarabağ” kimi.

Bəlkə də artıq elə “Zirə” kimi…

Sonda.

Bu siyahıya “Sabah”ı da əlavə etmək istərdim. Amma son iki mövsüm Konfrans Liqasının ilk oyunlarına yaxşı başlayıb, sonra da həm avrokubok, həm də daxili liqada uğursuzluğu sıralayana bir ad vermək olar:

Bir atımlıq barıt!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)