vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MÜTALİƏ  
11:15 | 21 dekabr 2022 | Çərşənbə Məqaləyə 13994 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaşın nə fərqi var?

Bütün xatirələrin özün kimi cavandır

Azər QƏRİBOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rüşvətlər rublla alınıb-verilən zamanlarda hər tətil biz dostlar harasa gedirdik.

Brejnevin çatmaqaş vaxtları, Kommunist partiyası “xod” gedir, gənclər üçün düşərgələr var sovetin müxtəlif yerlərində və semestr boyu ürəklərində gizli xəyalları boğub saxlayan tələbələr bütün ölkədən belə düşərgələrə axışırdı.

Fin körfəzinin sahillərində, Minsk Dənizi sahilində, Qafqaz dağlarının başında olan Dombayda, elə uzağa getməyək, bizim Zuğulbadaki “Gənclik” düşərgəsi də onlardan idi.

Və elə olurdu ki, bir çox hallarda eyni gəncləri görürdün. Kimi Özbəkistandan gəlirdi, kimi Gürcüstandan, kimi Ukraynadan, daşı atırdın xalqlar dostluğuna dəyirdi. Şimal tərəflərin ali məktəbləri car çəkirdilər ki, dekretlərin əlindən auditoriyalarımız boşdur.

İki il əvvəl Tallində görüşdüyünlə birdən Moskvada görüşürdün, başqa nə gediləsi yerimiz var idi ki? 

İstədiyin adamı da görürdün, istəmədiyini də, ötən dəfə sən tərəfə heç baxmayıb, gətirdiyin qırmızı şərabı, qırmızı “Malboro”nu, səlis rus dilində söylədiyin torbaları mavi gecə boyu aypara altında romantik gəzintiyə dəyişib, həm də ac qarnına, nəyinə lazım beləsi? 

Əlavə stress, başqa heç nə.

Yaxud olsun oğlan, altı ay əvvəl Riqada içməkdən ayaq üstə dura bilməyən, indi birdən Leninqradda səni görüb “davay 50-50 vuraq” deyir, yəni mən içim məni belində apararsan. Sözüm onda yox. 

Dediyim odur ki, o zamanlar qarşılaşanda söhbət maksimum bir-iki ildən gedirdi, “Yadındamı filan yerdə görüşmüşdük filan ildə?” 

“Vay-vay, vaxt necə də tez keçir” deyib, müdrik fason başını bulayıb onu dartırdın ki, gəl gedib üstünü düzəldək.

Nədir ki, 18 - 25 yaşın var, bütün xatirələrin özün kimi cavandırlar. 

Bu günün isə yaşım çəkisində daş düşsün elə təpəsinə! 

Biri yaxınlaşır ki, bəs biz sizinlə 2006-ci ildə filan şəhərdə görüşmüşdük, çəkilişə gəlmişdiniz, yadınızdamı, biri deyir Adəm almanı dərən vaxtlar idi, xatırlamamış olmazsınız filan, sən də səhər yediyini yada salmaq istəyəndə infarkt olan adam, başlayırsan saymağa, telefonun kalkulyatoru car çəkir ki, işgəncə vermə, nə olar?

Belə anlarda “Yaşın nə fərqi var” mahnısının müəlliflərini masa arxasına dəvət edib diqqətlə gözlərinin içinə baxmaq istəyirəm…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)