
“G7”dən Kremlə növbəti həmlə
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Kreml Moskva görüşü təklifini xatırlatdı
Gürcüstanı Rusiyanın təsiri altına salan hiyləgər rus "çar"ı, indi də Moldovanın üzərinə əl qoyur...
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün mətbuata açıq hissəsində iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin artan səviyyəsindən məmnun qaldığını söylədi. Prezidentlər iqtisadi əlaqələrin və ticarətin artımından da məmnun qaldıqlarını bildirdilər. Bunlar iki liderin son illər görüşlərdə səsləndirdikləri oxşar ifadələrdir. Putinin Bakıda Ukrayna münaqişəsi və Cənubi Qafqaz barədə nə deyəcəyi maraqlı idi.
“Hər kəs yaxşı bilir ki, Rusiya da böhranlarla üz-üzədir, ilk növbədə Ukrayna istiqamətində... Lakin Rusiyanın son bir neçə ildə Cənubi Qafqazdakı vəziyyətə tarixən cəlb olunması bizə bu hadisələrdə iştirak etmək zərurətini diktə edir” deyən Putin bildirdi ki, Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı əlbəttə ki, tərəflərin tələb etdiyi ölçüdə olacaq: “Buna heç bir şübhə yoxdur. Əgər biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin delimitasiyası, demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, logistika və iqtisadiyyat istiqamətində müvafiq blokları açsaq, buna çox şad olarıq”, - Rusiya lideri vurğulayıb.
Bu açıqlamadan hansı nəticə çıxır? Birincisi, Putin demək istədi ki, Rusiyanın əsas diqqəti və potensialı Ukrayna müharibəsinə yönəlsə də, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək. Onun Rusiya üçün indiki ağır vəziyyətdə Azərbaycana səfəri də bunu sübut edir. Vladimir Putin İlham Əliyevə onu da xatırlatdı ki, o Moskvaya qayıtdıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışacaq və Bakı görüşünün təfərrüatlarını onun diqqətinə çatdıracaq. Aydındır ki, bunu diplomatik etiket tələb edir. Ancaq Putin bu cümləsiylə həm də onu deməyə çalışdı ki, Paşinyandan xoşu gəlməsə də, Azərbaycanla Ermənistan arasında balansı saxlayacaq. Putin Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəaliyyət göstərəcəyini desə də, buna Bakının və İrəvanın ehtiyacı yoxdur. Ümumiyyətlə Bakı ilə İrəvanın vasitəçiyə ehtiyacı yoxdur, Bakı ilə İrəvan arasında danışıqlar vasitəçi olmadan davam edir, hökumətlərarası komissiya sərhəddə görüşür, xarici işlər nazirləri email vasitəsilə sülh sazişinin mətnini müzakirə edirlər. Moskva Vaşinqton və Berlin kimi Azərbaycan və Ermənistan rəsmilərinin görüş yeri kimi seçilə bilər, ancaq İrəvan Rusiyanın vasitəçiliyinə müsbət yanaşmır. Rusiyanın Qarabağda konsulluq açmaq istəyi də reallıqla uzlaşmır.