Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:51 | 7 may 2025 | Çərşənbə
Məqaləyə 216 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya Prezidenti Vladimir Putin bir tərəfdən 9 mayda faşizm üzərində qələbənin 80 illiyinə hazırlaşır, təntənəli parada hazırlıq işlərinə rəhbərlik edir, o bir tərəfdən faşist Almaniyasına qarşı qələbədə ruslar və digər millətlərlə çiyin-çiyinə savaşan ukraynalıları bombalamaq əmri verib.
Faşist Almaniyası Böyük Vətən müharibəsinin ilk ilində Ukraynanı işğal edir və ukraynalıları qətlə yetirirdi, üstündən 80 il keçdikdən sonra Rusiya da eynisini edir. Kreml sahibi yenidən “Oreşnik” ballistik raketləri ilə Kiyevin müxtəlif mərkəzlərinə zərbə endirməyi əmr edib. Bu yeni dağıntılar və növbəti qətllər deməkdir. Bunun fonunda Moskvada parad keçirmək məntiqə ziddir.
***
Paytaxt Moskva başda olmaqla Rusiyanın hava limanlarında xaosdur, Ukraynanın kütləvi dron hücumlarına görə, təyyarələr havaya qalxa bilmir, hava limanına enənlərin sərnişinləri isə saatlarla təyyarəni tərk edə bilmir, insanlar təyyarələrdə havasızlıqdan və yaranan anti-sanitariya şəraiti barədə görüntülər yayırlar. Bu Ukrayna Prezidenti Vladimir Zelenskinin bir neçə gün əvvəl “9 may paradına qatılan qonaqların təhlükəsizliyinə zəmanət verə bilmərik” açıqlamasının praktik yerinə yetirilməsidir. Həqiqətən belə şəraitdə 9 may paradına qatılmaq istəyən müxtəlif dövlətlərin liderlərinin təhlükəsizliyi ön plana çıxır. Rusiya yüksək səviyyəli qonaqlara təhlükəsizlik təminatı vermək iqtidarındadırmı? Azərbaycanın sərnişin təyyarəsinin dekabr ayında raketlə vurulması olayından çıxış edərək Rusiya səmasının təhlükəsiz olmadığı, üstəgəl dronlarla sərnişin təyyarələrinə fərq qoya bilmədikləri aşkardır. Rusiya Prezidenti Vladimir Putin Kiyevə elə ona görə 3 günlük atəşkəs təklif edirdi ki, 9 may paradını rahat keçirsin. Vladimir Zelenski isə işğalçı dövlətin liderinə rahatlıq vermək istəmir. Başqa cür ola da bilməz. Rusiya müharibə aparan ölkə olduğundan Ukraynanın əks-həmlələrinə məruz qalır.