Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:27 | 5 may 2025 | Bazar ertəsi
Məqaləyə 255 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinin keçmiş müşaviri Ceyms Rikards Rusiya, Çin və ABŞ-ın aralarında “poker oynadıqlarını” bildirib. Onun fikrincə, bu oyunda üçündən ikisi digərinə qarşı mübarizəni koordinasiya edir. Həmin iki oyunçunun məqsədi üçüncünü oyundankənar vəziyyətə salmaqdır. Keçmiş müşavir bu oyunda fəaliyyətlərini koordinasiya edən iki oyunçunun adını çəkməsə də, söhbətin Rusiya və Çin birliyindən getdiyi aydındır. Çünki, Rusiya ABŞ-la Çinə qarşı, Çin isə ABŞ-la Rusiyaya qarşı oyun qurmaz. Əlbəttə, Vaşinqton çox istəyərdi ki, Çin ABŞ-la birgə Rusiyaya qarşı mübarizə aparsın. Ancaq bu Vaşinqtonun hazırkı siyasəti baxımından mümkün deyil. Ağ Ev sahibi Donald Tramp Çin iqtisadiyyatına qarşı sərt qərarlar qəbul edib, üstəgəl Tayvan məsələsinə görə, iki ölkə arasında münasibətlər gərgindir. Belə vəziyyətdə Vaşinqtonun Pekinlə Moskvaya qarşı səylərini birləşdirməsi mümkün deyil.
MKİ-in keçmiş müşavirinin bir başqa açıqlaması da maraqlıdır. Onun sözlərinə görə, dünya adı çəkilən üçlük arasında bölüşdürülüb: “Digər ölkələr ya bu üçlükdən birinin müttəfiqləridir, ya da ikinci dərəcəli ölkələrdir”. Bu yanaşma “soyuq müharibə” illərini xatırladır. O zaman da dünya ölkələrinin bir qismi ABŞ və keçmiş SSRİ arasında bölüşdürülmüş, digərləri isə hər ikisindən eyni məsafə saxlayırdılar.
“Dünya yenidən bölüşdürülür” fikri son zamanlar təlqin olunmağa çalışır. Keçmiş müşavirdən əvvəl ABŞ-ın nüfuzlu dərgilərindən biri də “dünya böyük dövlətlər arasında bölüşdürülür” tipli məqalə dərc etmişdi. Bu yanaşma daha çox amerikalı ekspertlər tərəfindən səsləndirilir. Maraqlıdır ki, bu yanaşma Rusiya və Çin ekspertlərinin narazılığına səbəb olmur. Görünür, “dünya bölüşdürülür” yanaşması Moskva və Pekinin də istəyinə cavab verir. Çünki, əgər “dünya bölüşdürülürsə” ABŞ-la yanaşı Rusiya və Çin də müxtəlif bölgə və ölkələrə iddia edə, təsir dairələrini artıra bilərlər. Bu siyasət faktiki ABŞ-ın hazırki Prezidenti Donald Tramp tərəfindən həyata keçirilir. Tramp və onun administrasiya üzvlərinin Ukraynaya “məsləhəti” odur ki, Kiyev Krımı və itirdikləri digər əraziləri unutsunlar. Bu siyasət Rusiyanın işğalına haqq qazandırır.