![](img/left_arrow.jpg)
![](img/right_arrow.jpg)
Lütfi Zadənin qəbirüstü abidəsinin ideya müəllifi olan xanım danışdı
Nazirlər Kabinetinin 71 yaşlı yeni rəhbəri kimdir?
Novruz Məmmədov: “Daha çox işləmək lazımdır”
Meydana çıxan bəzi sualların cavabları sakinləri düşündürür
Məşhur alimin adını əbədiləşdirmək üçün bundan sonra nə kimi işlər görülməlidir?
Bakıda doğulub, ABŞ-da məşhurlaşıb və Bakıda dəfn olunan dahi
Dünya şöhrətli azərbaycanlı alimin dəfn proqramı hazırlanıb
Prezidentin köməkçisi: «Akif Əlinin Lütfi Zadə haqqında qeyri-etik ifadələr işlətməsi yolverilməzdir»
Düyna şöhtərli alimlə dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq
Əgər bundan sonra sizi vəzifədə saxlasalar, ...
Abid Şərifov Akif Əlizadənin Lütfi Zadəni təhqir etməsinə görə bərk qəzəbləndi
Baş verənlər sıradan bir hadisə deyil
Nazirlər Kabinetinin 2-ci dərəcəli dövlət müşaviri olan rəsmisi Lütfi Zadəni təhqir etdi
Məşhur alimin nəşi 7-10 günə gətiriləcək
Dünya şöhrətli azərbaycanlı alim Azərbaycanda dəfn ediləcək
8 şöbə müdiri işdən çıxarıldı, ştat sayı 200 nəfər olmalıdır
Bu fındıqbaş söhbəti hələ çox su aparacaq. O boyda ziyaliya fındıqbaş demək lazim idi sizə, Akif Əli? Bəlkə yuxulu olmusunuz? Bəlkə də özünüz demiş səhərinizi bəd xəbərlə - kəsəsi dəfn yeri suali ilə acmaq istəməmisiniz, buna qarışmıram. Amma gərək səhər-səhər findiq söhbəti etməzdiniz.
Bu findiq ki var, həm xeyirli quru meyvədir, həm də gəlirli sahədir. Bəlkə de Nazirlər Kabinetində tez-tez fındığın faydaları, qeyri-neft sektorunu inkişaf etdirməyin yollarından biri kimi söhbətlər edilir ki, siz də bu söhbətlərin təsirindən alimə fındıq sözünü yaraşdırmısınız. Amma yanlış bir iş görmüsünüz. Vallah illərdir mətbuat katibisiniz, bəlkə də sizi bu illər ərzində heç çox jurnalist tanımayib. Amma bu gün fındıq söhbətinə görə əməlli-başlı məşhuri-cahan oldunuz. Amma Allah kəssin belə məşhurluğu da.
Kaş ki, elə «Tütək səsi»ndəki Tapdiq kimi qalardiniz yaddaşlarda. Cəbrayılla düşmənçilik edən «Tapdıq» bu dəfə Lütfi Zadəsevərlərlə düşmənçilik etdi. Fındıq onu hamıya düşmən etdi. Düzdür üzr istədiniz. Amma söz ağızdan çıxmışdı. Olan da olmuşdu. Alimin de ruhu incik düşmüşdü. Amma yenə də üzr istənildi.
Bir də nə vaxtsa Akif müəllim sizdən soruşsalar ki, filankəsin yubiley tədbirinə hazırlıq necə keçir? Deməyin ki, kimi deyirsiniz? O yumrubaşı?