
130 məktəb, 125 uşaq bağçası ...
Təhsil müəssisələrində istilik problemi
Təhsil müəssisələrində istilik problemi
268 saylı xüsusi məktəbdə Birinci vitse-prezidentə xüsusi hədiyyə
Birinci vitse-prezident Bakıdakı Uşaq Psixonevroloji Mərkəzində olub
Mehriban Əliyeva kimsəsiz uşaqları yaddan çıxarmır
Birinci vitse-prezident uşaqlar üçün hədiyyənin - daha bir müasir bağçanın açılışını etdi
Məktəbəhazırlıq qruplarına qəbul sentyabrın 25-ə qədər davam edəcək
Elmira Süleymanova icra başçılarını “vurdu”
Hər yerdə vəziyyət demək olar ki, eynidir
Lerikin problemini kim və nə vaxt həll edəcək?
Həm qaçqınlar yaşayır, həm körpələr...
«Ərazilərinin zəbt olunması infrastrukturu genişləndirilməyə mane olur»
Mikayıl Cabbarov uşaq bağçalarına nəzarəti gücləndirir
«Yalanla, rüşvətlə, saxta sənədlə işə adam götürmək istəmirəm»
İlham Əliyev körpələr evi və uşaq bağçaları ilə bağlı sərəncam imzaladı
Tərtərdə bağça, Qubada ev, Cəlilabad və Bərdə isə ot tayası yandı
Allahın bəndəsi namazda Allaha yaxın olur. Bu müdriklərdən gələn bir kəlamdır. Hər bir inanclının namaz qılması da bir şərtdir. Amma bu insanın neçə yaşında namaza başlamasını kölgədə qoymamalıdır. Həddi-buluğa çatan şəxs namaz qılmalıdır. Həddi-buluğ dövrünün başlanğıcı oğlanlar üçün 12, qızlar üçün 9 yaş götürülür. Sözümün «Mustafa»sı var. Bağça uşaqlarına keçirilən dərs vəsaitində uşaqlar arasında namaz təbliğatının aparılması xəbəri bu yazını yazma səbəbim oldu. Bağça yaşlı uşaqlara “N” hərfi öyrədilir. Bu hərflə başlanan misallar arasında uşağın namaz qılması göstərilir. Tək sözlə yox, həm də fotofaktla. Halbuki «N» hərfi ilə uşağın başa düşüb, hafizəsində saxlaya biləcəyi o qədər söz, cümlə demək olar ki. Nar dərdim nənəmə verdim. Uşağın ən sevimli saydığı meyvə və sevimli nənə kəlməsi bir arada. Yox elə zənn etməyin ki, mən namaz qılmanın əleyhinə təbliğat aparıram. Əsla heç vaxt belə bir fikirdə olmamışam. Sadəcə demək istədiyim odur ki, uşaqlara erkən yaşda hərf öyrətmək lazımdır hərf.
Azərbaycan dövlətinin konstitusion əsaslarına zidd olan bu kitablara kim rəy verir, kimin yoxlamasından keçir? Məqsəd nədir? və sair və ilaxır suallar da verə bilərəm. Onu da sual verə bilərəm ki, mən oxuduğum təhsil sistemində belə təbliğatlar aparılmırdı axı? Bu isə o demək deyildi ki, mən və mənim yaşıdlarım zaman ötdükcə, həddi-buluğa yetdikcə namazın nə demək olduğundan xəbərsiz qalırdılar. Sadəcə hər şeyin öz vaxtı, vədəsi var. Dərs vəsaitlərində uşaqlara namaz qılmanı təbliğ etmə yolverilməzdir. Namazdan danışarkən, namaz haqda bir hekayə yadıma düşdü. Bir kişi yuxuda öldüyünü görür. O dünyada sorğu-sual edilir. Nəhayət, ona sən cəhənnəmliksən sözü deyilir. O da qışqıraraq: «Mən necə cəhənnəmlik ola bilərəm? Həyatım boyunca Allah yolunda qulluq edən insanlarla bir yerdə olmuşam. Namaz qılmışam. Oruclarım… Oxuduğum Quranlar… Namazım… Heç biri xilas etməyəcəkmi?» sualını verib. Əl qərəz onu dibi görünməyən cəhənnəm çuxurunun başına gətiriblər. Alovların içərisinə doğru atılanda nurani bir qoca onu yuxarıya doğru qaldırıb. Siz kimsiniz? sualına mən sənin namazlarınam cavabı verilib. Bəs məni xilas etməyə niyə bu qədər gec gəldin? Lap son anda çatdın. Az qalmışdı alovların içinə düşəm. Qoca isə başını yelləyib sən məni həmişə axıra saxlayırdın xatırladınmı?! Deyir. Gözlərini açdığı zaman o bunun yuxu olduğunu görür. Tez qalxıb namazını qılmağa hazırlaşıb. Yəni ki, namazı vaxtında qılmaq gərəkdir. Uşaqları vaxtından əvvəl namaza çağırmaq yox.