
Məktəbə hücuma hazırlaşan uşaq həbs edildi
Evindən silah arsenalı tapıldı
Evindən silah arsenalı tapıldı
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Silikon Vadisindəki rəhbərlər “ağıllı uşaqlar üçün böyük məbləğ ödəyir”
Almaniyada körpə qoyulması qadağan olunan adlar
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artdı
Bir animasiya təhlükəni bundan gözəl izah edilə bilməzdi
Ana südü körpəyə xeyirli olduğu kimi ananı da qoruyur
Uşaqlarına yalançı cənnət, çəpgöz, büt, yoxsul, dərd yağdıran mənasını verən isimlər qoyanlar
Sürücü və sərnişinlərin sayəsində azyaşlı qız xilas edilib
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Bütün etiraflar yalan idi
Hollandiyada həddindən artıq maye qəbul edən 7 yaşlı uşaq zəhərlənib
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
ABŞ-ın Nyu-York şəhərində dayənin Şaxta baba kostyumu geyərək üç azyaşlı uşağı kəmərlə döyməsi və onları qorxutması təhlükəsizlik kamerasına düşüb. Hadisədən sonra həm polisə, həm də sosial xidmətlərə şikayət etməsinə baxmayaraq, dayənin həbs edilməməsi ailəni qəzəbləndirib.
24 yaşlı Lakeyşa Cekson bir il əvvəl Bronksda tək ana Keraldayn Caramillo üçün işləməyə başlayıb. Cekson ehtiyacı olan ailələrə evdə qulluq xidmətləri göstərən Nyu-York Şəhər Uşaq Xidmətləri Departamenti (ACS) tərəfindən maliyyələşdirilən podratçı tərəfindən işə götürüldü.
***
Caramillonun anası keçən ay evdə təhlükəsizlik kamerasını yoxlayarkən dayənin uşaqlara fiziki təzyiq göstərdiyini görüb. Kadrlarda Ceksonun 2, 4 və 6 yaşlı üç oğlanı kəmərlə döydüyü, onları qorxutmaq üçün Şaxta baba kostyumu və “Halloween” maskası taxdığı görünür.
6 may tarixli kadrlarda Ceksonun oğlanları bir neçə dəfə kəmərlə vurduğu və hərəkət etmələri üçün qollarından tutduğu görünür. Səbəb kimi oğlanların otaqlarını səliqə-sahmana salmamaları göstərilir.
Videoda Ceksonun “Gəlin indi nə baş verdiyini görək?” dediyi eşidilir. oğlan isə “kəmər?” deyəndə çantasından qalın qəhvəyi kəmər çıxarır.
***
Hadisədən sonra uşaqların davranışlarında ciddi dəyişikliklərin olduğunu deyən ana Caramillo, oğullarının soyunmağa, otaqlarını tərk etməyə, hətta hamama getməyə belə qorxduğunu bildirib. Caramillo, “Onlar hamamı qorxulu hesab edirlər, bunun səbəbini başa düşə bilmirik”, – deyib.
Uşaqların bir-birlərinə qarşı aqressiv davrandıqlarını, bir-birlərini vurduqlarını, hətta körpə bacı-qardaşlarını da üzərinə oturtaraq boğduqlarını ifadə edən Caramillo, “O qədər travma alıblar ki... Bu davranışları haradan öyrəniblər, bilmirəm”, – deyib.
***
Cekson ACS tərəfindən sifariş edilən “Selfhelp” adlı özəl qulluq şirkətində işləyirdi. Şirkətin şəhərlə bağladığı evdə qulluq müqaviləsinin dəyəri 1,23 milyon dollardır. ACS sözçüsü Ceksonun işinə xitam verildiyini və NYPD (Nyu York Polis Departamenti) ilə birgə araşdırma apardıqlarını bildirdi.
Lakin ailə hadisədən sonra ACS-nin baxıcını yox, ananı araşdırdığını və ananın həmin gün xəstəxanaya getməsi ilə bağlı sənədləri təqdim etmədiyi üçün hədəf alındığını iddia edir.
Ceksonun qardaşı “Bizim mədəniyyətimizdə bu normaldır və Zənci ailələrdə belə şeylər hər zaman olur”, – deyərək qalmaqalı baxıcını müdafiə etməyə çalışıb.
Caramillo, “Həqiqətən nə baş verdiyini bilmək istəyirəm. Uşaqlarım üçün ədalət istəyirəm”, – dedi və prosesi izləyəcəyini bildirib.