
Orta məktəb təhsilinin keyfiyyəti
Dörd fundamental dəyişiklik tələb olunur
Dörd fundamental dəyişiklik tələb olunur
Qərar 1 il 3 aydan sonra qüvvəyə minəcək
Orta məktəblərin rəhbərliyi – Müasir çağırışlar və işlərin görülməsi yolları
Sistem fasiləsizliyə və insan sağlamlığına uyğun təşkil edilməlidir
Valideynlərin sərgilədiyi münasibət övladlarının gələcək davranışlarını müəyyən edir
Kim deyir ki, yol həmişə böyüklərindi?
Etiraz edən valideynlər təcrübənin dərhal dayandırılmasını tələb edirlər
Belçikada ibtidai və orta məktəblərdə smartfondan istifadə ilə bağlı qərar
Səriştəli valideyn olmağın vacibliyi, yaxud təhsildə alman modeli
Mini ətək, manikür-makiyaj, dikdaban ayaqqabı, saqqal, zinət, ...
Nizam-intizamı pozanlara qarşı tədbirlər görüləcək
İkinövbəli təhsil yaxşıdır, yoxsa pis?
... Yaxud kim deyir ki, yol həmişə böyüklərindi?
İnternet dərsliyi əvəzləməməlidr ...
Qanadlarınız da “vaxtı” gələndə çıxacaq
Bu gün gözlə görə bilmədiyimiz qorxulu tendensiya
Bakıda çatışmazlıq aşkarlanan məktəblərin sayı açıqlanıb. Monitorinqlər nəticəsində ümumtəhsil məktəblərinin 130-da çatışmazlıq aşkarlanıb. Bundan başqa, Bakıda bəzi məktəblər və 125 uşaq bağçasının istilik sistemində problemlər aşkarlanıb.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Orxan Kərimov ümumtəhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı deyib.
Müdir müavini bildirib ki, onlardan 30-da çatışmazlıq daha ciddi hesab olunur.
Orxan Kərimov məktəblərin istiliklə təminatına diqqətin artırılmasının vacibliyini bildirib. Bu baxımdan təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar BŞTİ tərəfindən “Azəriqaz”, “Azəristiliktəchizat” ASC, Bakı Regional Qaz İstismarı Departamenti ilə görüşlərin keçirildiyini diqqətə çatdırıb. Orxan Kərimov aparılan monitorinqlər nəticəsində bir sıra məktəblərdə müəyyən problemlərin aşkar olunduğunu, həmin məktəblərin bir çoxunda təmir-bərpa işləri aparıldığını və digərlərində hazırda müvafiq tədbirlərin davam etdirildiyini nəzərə çatdırıb.
O, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə məktəblərdə çalışan ocaqçıların mütəmadi olaraq təlimlərdə iştirak etdiyini qeyd edib. Ötən ilin qışında istiliklə bağlı ciddi problemlərin bu il görülən komplekt tədbirlər nəticəsində təkrarlanmayacagını deyən idarə rəsmisi paytaxtın kənd və qəsəbələrininin təhsil ocaqlarındakı vəziyyətə də diqqət çəkib.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 131-i “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 184-ü fərdi qazanxana vasitəsilə, 6-sı isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.