
Şimali Koreyanın ballistik raket sınağı
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
10 ölkədən birgə bəyanat
Asiya ölkəsində ölənlərin sayı yeni doğulanlardan iki dəfə çox olub
Nəhəng çuxur yük maşınını “udulmuşdu”
Dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur
Bununla vacib infrastruktur və ərazilər təbii fəlakətdən xilas olacaq
Döyüş gəmiləri üz-üzə gəldi
İslandiyada ən böyük ov şirkəti tələbatın azlığı səbəbindən ikinci ildir ova çıxmır
Yaponların bizə danışmadığı bir hekayə...
Gizli Android müqavilələri ortaya çıxdı
Əhalinin azalması sürətlənir
3 nəfər ölüb
Yaponiya qeyri-ingilis, qeyri-çin süni intellekt modelləri üçün AB-dən kömək axtarır
Tokio inflyasiyası gözləntiləri üstələdi
Hakamata dünyanın ən uzun ömür sürən edam məhbusu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb
Çinin dənizlərdə artan hərbi gücü Filippin və Yaponiyanı ciddi narahat edir
Yaponiyanın xarici işlər naziri Yesimasa Xayasi yaxın günlərdə Çinə səfər edəcək. Bu son 3 ildə Yaponiya xarici işlər nazirinin Çinə ilk rəsmi səfəri olacaq.
İki ölkə arasındakı münasibətlər son illər gərginləşib. Buna səbəb Tayvan ətrafındakı vəziyyət və Çinin Yaponiyanın bir neçə adasına iddiasıdır. Çin hərbi imkanlarını genişləndirib və bölgədə mövqelərini gücləndirməyə çalışır. Bu isə Yaponiya üçün ciddi təhlükəsizlik təhdidləri yaradıb. Buna görə də Yaponiya hərbi doktrinasını dəyişib. Yaponiya gələcək illərdə hərbi xərclərini artıracaq. Bu Yaponiya-Çin münasibətlərində əlavə gərginlik yaradacaq. Buna baxmayaraq, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrində yeni anlaşmaların imzalanması da mümkündür. Hər halda Çinin xarici işlər naziri Van Yi Pekinin narahatlığını yapon həmkarının diqqətinə çatdıracaq.
Yaponiya xarici işlər nazirinin Çinə səfəri mühafizəkar yapon siyasətçilərin tənqidinə səbəb olub. Mühafizəkarların fikrincə, Tokio Pekinə güzəştə getməməlidir. Buna baxmayaraq, Yaponiya hökuməti Çinlə təmaslardan və dialoqdan imtina etmək istəmir. Tokioda həm də onu nəzərə alırlar ki, Si Tsinpin Çin Kommunist Partityasında mövqelərini gücləndirib. Tokio onunla müxtəlif mövzuları müzakirə etməyi lazım bilir.
Çinin hərbi büdcəsi Yaponiyanın hərbi büdcəsindən 5 dəfə çoxdur. Misal üçün Çinin 2022-ci ildə hərbi büdcəsi 230 milyard dollar idi. Bu ABŞ-dan sonra ikinci ən böyük hərbi büdcədir. Yaponiyanın hərbi büdcəsi isə cəmi 38 milyard dollara yaxındır. Yaponiya hökuməti gələcək illər üçün hərbi büdcəni iki dəfə artırmağı planlaşdırır. Buna baxmayaraq, Pekin və Tokio hərbi büdcələr arasındakı yarışı iqtisadi əlaqələlərlə qarışdırmamağa üstünlük verirlər.