vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
15:41 | 14 avqust 2024 | Çərşənbə Məqaləyə 315 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu şəbəkə asılılığı artırır

“Yüngül siqaretlər qədər zəhərlidir”

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Birliyi “TikTok” sosial şəbəkəsinə qarşı qadağaları sərtləşdirib. Avropa Komissiyası hələ ötən ilin fevralında öz işçilərinə iş telefonlarında “TikTok” quraşdırmağı qadağan edib. Növbəti qadağalar daha sərtdir. Məsələ burasındadır ki, “TokTok” mesajlaşma bölməsinə yeni imkanlar əlavə etməklə platformasının funksionallığını genişləndirib. Bundan sonra istifadəçilər “TikTok”un mesajlaşma bölməsində 32 nəfərdən təşkil edilmiş qrup çatlarını yarada bilərlər. Yaradılmış qrup çatında real zaman ərzində videolar paylaşmaq və onlara rəy bildirmək mümkündür.

Avropadakı rəqəmsal tənzimləyicilər, uşaqlar arasında asılılıq problemlərini əsas gətirərək, istifadəçiləri videolara baxdıqlarına və yaradıcılarla əlaqə saxladıqlarına görə mükafatlandıran yeni “TikTok” funksiyasını məhdudlaşdırıblar. Avropa Komissiyası bildirib ki, “TikTok” tətbiqinin əlavə versiyası olan “TikTok Lite”a qarşı məhkəmə işi açıb. Yeni proqramın əsas üstünlüyü onun 18 yaşdan yuxarı istifadəçilərə gündəlik daxil olmaqla, videolara baxmaq, paylaşımları bəyənmək və “TikTok”da dostları dəvət etməklə xal qazanmağa imkan verən Çağırışlar və Mükafatlar proqramıdır. İstifadəçilər bu xalları “Lite” tətbiqində gündəlik 85 dəqiqəyə qədər videoya baxaraq xallar qazana bilərlər. Xallar Amazon çekləri, hədiyyə kartları və ya “TikTok Coins” kimi mükafatlara çevrilə bilər – bu, yayımçılara və məzmun yaradıcılarına hədiyyələr göndərmək üçün istifadə edilə bilən daxili valyutadır. Avropa İttifaqının daxili bazar komissarı Thierry Breton deyib ki, “biz “TikTok Lite”ın yüngül siqaretlər qədər zəhərli və asılılıq yarada biləcəyindən şübhələnirik”.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)