Xanbalıqdan Xankəndinə ...
Qarabağın mərkəzi şəhəri Pekinin adaşıdır?!
11:29 | 14 dekabr 2022 | Çərşənbə
Məqaləyə 1947 dəfə baxılıb
Şriftin ölçüsü
Qarabağın mərkəzi şəhəri Pekinin adaşıdır?!
Si Cinpinin varisi kim olacaq?
Trampın Çindən tələbləri
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
Dünyanın ən hündür körpüsü açıldı
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
İqtisadiyyatdakı göstəricilərin əksəriyyəti gözləntiləri qarşılamadı
Ekspertlər siyasəti günahlandırır
Çin Filippinlə ərazi mübahisəsində olduğu hövzəni milli təbiət qoruma zonası adlandırdı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
ABŞ Konqresi Tayvana “Patriot” raketlərinin satışı məqsədilə qətnaməni təsdiq edib. “Bloomberg” agentliyinin məlumatına görə Tayvan bu raketlərə görə ABŞ-a 882 milyon dollar ödəyəcək. ABŞ Tayvana bu raketlərlə yanaşı radarlar və yardımçı avadanlıqlar da satacaq. Tayvanın ABŞ raket silahlarıyla təchizatının ümumi dəyəri 2 milyarddan çox olacaq.
Tayvanın belə sürətlə silahlanması Pekinin planlarıyla bağlıdır. Çin lideri Si Tsinpin Tayvanı ələ keçirmək planı olduğunu bir neçə dəfə söyləyib. Si Tsinpin Kommunist Partiyasının son qurultayında açıq deyib ki, məsələni danışıqlar yolu ilə həll edə bilməsələr, güc yolundan istifadə edəcəklər. Çinin hərbi gəmiləri tez-tez Tayvan adasında yaxınlaşırlar. Çinin hərbi təyyarələri də Tayvan adası üzərində uçuşlara ara vermirlər. Bu güc nümayişidir. Ancaq Tayvan rəhbərliyi də geri çəkilmir, bəzi hallarda adaya yaxınlaşan gəmilərə xəbərdarlıq atəşi açırlar.
Bu arada, Kanada da ABŞ-a qoşulmağa qərar verib. Kanada bir neçə hərbi gəmisini Tayvan sahillərinə yaxın sulara göndərib. Bu gəmilər beynəlxalq sularda üzəcəklər. Kanadanın xarici işlər naziri Melani Coli bildirib ki, ölkəsinin hərbi gəmilərinin beynəlxalq sularda üzmələri beynəlxalq hüquqa zidd deyil. Melani Coli Kanadanın beynəlxalq qaydalara riayətə önəm verdiyini vurğulayıb.
Beləliklə, ABŞ Tayvan adasının qorunmasında Kanadanın dəstəyinə arxayındır. Vaşinqton bununla kifayətlənmək istəmir. Ağ Ev Çinə qarşı daha geniş koalisiya yaratmağa çalışır. Hazırda bu koalisiyada ABŞ, Kanada və Böyük Britaniya ilə yanaşı bölgə ölkələri – Hindistan, Avstraliya və Yaponiya yer alıblar.