Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
Fəxri HACIBƏYLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Ağlar qaralara qarşı...
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
-
Düşmən bizi vahid görməlidir
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
-
Ekoloji aksiya siyasiləşir?
Yeni tələblər irəli sürüldü
-
Yolkəsənlərin başqa yolu yoxdur!
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
-
Düşmənlərimizi birləşdirən aksiya...
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
-
Azərbaycan şantajlardan qorxmamalıdır
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
-
Türk dünyasının həmrəyliyi üçün ən gözəl model
Qardaş ölkədəki QHT-lərdən Laçın dəhlizi aksiyaçılarına dəstək
-
... Kremldən gələcək bəyanat
Barmaq sayı qədər ədalətli insanın olduğu ...
Sırxavənd bizim kənddən şimali-qərbə doğru, dağlıq və meşəlik ərazidə salınmış gözoxşayan təbiəti olan xudmani bir kənd idi. Ona görə “...idi” ki, epiteti indisi barədə istifadə etmək çətindir, yağı əlində olduğu illər ərzində söküb dağıdıblar. Geriyə çox az şey qalıb. O səbəbdən də, indiki halı üçün, gözoxşayan təbiəti olan bir oba, yurd yeridir, deyək. Ən qısa zamanda yenidən qurulacaq, dirçəldiləcək inanaq...
Sırxavənd, adı “Kiçan” olaraq dəyişdirilmiş Ballıqaya kəndiylə üzbəüz idi, arada xırda bir çay, o tayda hay, bu tayda da bizimkilər...
Sırxavənd Xaçın boyu kəndlərdən coğrafi baxımdan bir az aralı düşdüyündən, keçmiş vilayətin inzibati ərazisinə daxil edilmişdi. Biz Ağdamın həmin çay boyunda sonuncu, onlarsa ərazisi bizdən bir az yuxarıdan başlayan Ağdərənin ilk kəndi idi. Üzü dağlara doğru Ballıqaya, bir az qərbə doğru yolun sağında Dovşanlı, bir az da o tərəfdə Vəng və gedib “Gəncəsər” monastrına çatırdın.
Sırxavənd kəndi Xaçın çayının dağlıq vadisinin bitdiyi, düzən vadisinin başladığı bir növ keçid yerində idi. Dağlıq onlarda bitib, düzən bizdən başlayırdı.
Xaçın vadisi dağlıq ərazidəki dar dərədən keçib biz tərəflərə doğru irəlilədikcə yatağı genişlənir, buradan artıq düzən (Aran) Qarabağ başladığından, daha dürüst təsəvvür olsun deyə onu şərti olaraq bir kuzəyə bənzədək. Xaçının önünə bizdən bir az aşağıda vurulan bəndi də “kuzənin dibi” sayaq.
Sırxavənd də sanki həmin kuzənin uzun, dar boğazının tıxac vurulan yerindəydi. Bu yerin strateji əhəmiyyətini anlamış olmalıdırlar ki, zamanla onun qənşərində yaşayış məskəni salıb, zamanla möhkəmləniblər.
Xocalı faciəsindən 15 gün sonra 12 Mart 1992-ci ildən kənd sakinlərinin qaçqınlıq həyatı başladı. “Xocalıda baş verən qətliamın eynisi bizdə də yaşanar” xofuyla camaat bir neçə saatlıq intensiv olmayan müqavimətin ardından günortadan keçmiş kəndi tərk etdilər. Dinc sakinlər, qadınlı-uşaqlı, qocalı-cavanlı hər kəs, kim haradan gəldi, necə bacardı faktiki mühasirədən çıxıb biz tərəfə pənah gətirdilər. Axşam şər qarışanda kənd tamamilə düşmənin əlində idi.
O günləri heç unutmaram. Hər saatı anbaan yadımdadır.
Uşaqlıq, gənclik travması heç vaxt sağalmaz, unudulmaz.
Ertəsi gün, bizim kəndə də, demək olar ki, yaşayış dayandı. Çünki düşmən “kuzənin dar boğazından” keçib daha geniş alana çıxmışdı və çayboyu kəndləri hər gün artilleriya və raket atəşinə tuturdu.
Mən kəndimizi 13-də tərk elədim. Sonra bir neçə dəfə getsəm də kəndin özünü yox, xarabalıqlarını, tərk edilmiş evlərini, kol-kos basmış, vahimə yaradan səssiz küçələrini gördüm.
Yadımda da (təəssüf ki) elə ən son gördüyüm şəkli qalıb.
Sırxavəndin işğalı və ertəsi, o nəhs mart günü mənim üçün işğalın başlanğıc, didərginliyin əvvəlinci günüdür. Heç unutmadım o tarixi, 30 ildir hər ildönümündə xatırlayırdım o günü. Yəqin bütün ömrüm boyu da xatırlamaqda davam edəcəm.
Bu gün Sırxavəndə bayraq sancıldı. Videosunu gördüm, dostlara, qohumlara yolladım. Sevincimin həddi-hüdudu yox idi.
Rəşadətli əsgərlərimiz Sırxavənddə yerləşən düşmən hərbi hissəsindəki daşnak pərçəmini endirib, şanlı bayrağımızı göylərə ucaltdılar. Hava da azca küləkli idi, yel vuran kimi dərhal canlandı elə bil. Elə qəşəng də nazı-qəmzəylə dalğalanmağa başladı ki, nağıllarda deyildiyi sayaq, iki göz istərdi dursun tamaşasına...
Bu gün Sırxavənd faktiki olaraq azad edilib, işğalına son qoyuldu.
Bu gün mənim üçün işğal rəsmən son buldu.
Bu gün nəhayət ki, 30 ildir gözlədiyim xəbəri aldım. Vəsilə olanlara alqış. Tanrı şəhid olan qardaşlarımızın ruhlarını şad eləsin. Qutsal ruhlarınız qarşınızda baş əyirəm.
Gözləriniz aydın olsun əziz Sırxavəndli qohumlar, dostlar, el-obam... Gec olsa da ədalət zəfər çaldı, biz haqqımızı geri aldıq, yağı basıldı, düşmən zəbun oldu, günəş doğdu, şər ortadan çəkildi...
Sırxavənd indi Ağdam rayonuna aiddir.
Biz daha Ağdamın son ucu-su, sonuncusu deyilik.
Bizdən sonra da Ağdam var...
26.09.2023, Berlin.