

ABŞ-ın narazı qaldığı məqam
Netanyahu hökumətində “Müsəlman Qardaşlar Hərəkatı”na yer yoxdur
“Heç bir müttəfiqimiz Türkiyə qədər öz torpaqlarında terrora məruz qalmır”
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
Yunan və erməni lobbisinin əziyyətləri özlərinə qaldı
Gəmilər Türkiyənin ərazi sularında tıxac yaradıb
Ayətullahlar sovetin qoca Politbüro üzvləri kimi eyni durum, eyni “ssenari” ilə üzləşib
Qırıcılarının təlimlərə cəlb edilməsi Əliyevin toxunduğu məqamı aktuallaşdırdı
Hərbi təlimlər Güney azərbaycanlıları öz haqları uğrunda mübarizəyə həvəsləndirir
Xarici işlər naziri Çavuşoğludan Yunanıstana sərt reaksiya: “Geri addım atmasa, lazım olanı edəcəyik”
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
“Çavuşoğlu Dendiası ələ saldı” başlığını manşet edən yunan mətbuatı Akarın Bakı səfərindən də yazıb
İsveç baş nazirinin keçmiş millət vəkilinə Türkiyə cavabı
Ermənistana dəstək, İsraili lənətləmək və Azərbaycanı hədələmək
Terrorçuların raket emalatxanası və tuneli bombalanıb
Ölkə onların hesabına ildə 4 milyard avroya qənaət edir
Bu il noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsində, əsasən turistlər gəzən İstiqlal küçəsində partlayış törədildi. Baş verən terror aktı nəticəsində 6 nəfər həyatını itirdi, 80 nəfərdən çox adam isə yaralandı. Operativ axtarış və istintaq zamanı kamera görüntülərindən aşkar olundu ki, hücumçu bombanı küçədə quraşdırıb aradan çıxan çarşablı bir qadın olub. Türkiyə kəşfiyyatı öz ölkəsində terror aktı törədə biləcək düşmən ölkələrin adını ürəyindən keçirənə qədər “ASALA” erməni terror təşkilatı cinayəti rəsmən öz üzərinə götürdü.
Adətən, çirkin siyasi mübarizədə terror aktından istifadə olunur və necə deyərlər, hadisənin tozu yatmamış terrorçu tərəf tutduğu əməli rəsmən boynuna alır. Lakin tezliklə məlum oldu ki, İstanbulda baş verən həmin terror aktı ilə ASALA-nın heç bir əlaqəsi yoxdur. Sual olunur, bəs nə üçün ermənilər törətmədikləri bir terrorun altına imza atmaq istəyiblər? Bu suala cavab tapmaq elə də çətin deyil. Ermənilər düşünür ki, düşmən ölkəsidir təki, Türkiyədə terror olsun. Həm də məqsəd terrorun arxasında duran üçüncü ölkəni diqqətdən yayındırmaqdır ki, növbəti cinayətlərini arxayın törədə bilsinlər.
Hadisədən dərhal sonra terroru sifariş edən qüvvələr haqda çoxsaylı versiyalar səslənsə də nəzərlər İran kəşfiyyatına yönəlmişdi. Niyəsi hamımıza məlumdur. Son zamanlar Türkiyə, İsrail və Azərbaycanın yaxınlaşmasından qıcıqlanan İran özünü Ermənistana açıq dəstək verməkdən saxlaya bilmədi. Dünyada beyin mərkəzi, ən son hərbi silahların istehsalçısı kimi tanınan İsrail dövləti ilə Azərbaycanın sıx əməkdaşlığını qorxu ilə qarşılayan İran hər vasitə ilə ölkəmizin suverenliyinə təhdidlər səsləndirdi. Beləki, Azərbaycanla həmsərhəd olan yerlərdə, Araz çayının o tayında, siyasi əmsalı təxminən sıfıra bərabər olan hərbi manevrlər edərək ürək bulandırmağa qədər getdi.
Düşmənlərimizin nə düşüdüyündən asılı olmayaraq Azərbaycan və qardaş Türkiyə qohum İsrail dövləti ilə hər cür əməkdaşlığı və dostluğu dərinləşdirməkdədirlər. Çox sevindirici haldır ki, bir zamanlar soyuqlaşan Türkiyə-İsrail münasibətləri getdikcə isinməkdədir. Elə bu yaxınlarda İsrailin xarici kəşfiyyat xidməti “Mossad” ilə Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) arasında səkkiz bənddən ibarət müqavilə imzalanıb. Bu bəndlərdən biri də “Mossad”ın Türkiyə ərazisində antiterror əməliyyatları apararkən silahlı insident törətməmək öhdəliyini nəzərdə tutur.
Oktyabrın 27-də Ankaraya rəsmi səfəri zamanı İsrailin Müdafiə naziri Benni Qantz türkiyəli həmkarı Hulusi Akar və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Təl-Əviv və Ankara arasında diplomatik münasibətlərin bərpasına dair saziş imzalanıb.
Görüş çərçivəsində Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan və İsrail “Mossad”ının rəhbəri David Barnea iki ölkə arasında gələcək kəşfiyyat mübadiləsinin əsas konturlarını müəyyən edən məxfi memorandum imzalayıblar. Bu razılaşma İsrail kəşfiyyatına Türkiyədə gizli təxribatla məşğul olmaq istəyən İran terror yuvalarını izləmək imkanı yaradacaq.
İsrail mediasının yaydığı məlumata görə, qeyd olunan həmin məxfi razılaşma səkkiz bənddən ibarətdir. Bunlardan biri “Şin Bet”in – (“Şin Bet” İsrail kəşfiyyat sistemində əks-kəşfiyyat və ölkənin daxili təhlükəsizliyi ilə məşğul olan xüsusi qrup - M.K.) - Türkiyədə fəaliyyət göstərəcəyi ilə bağlıdır. Qrupun fəaliyyəti İsrail səfirliyi və digər diplomatik korpusların mühafizəsini təmin etmək, terrorizmlə mübarizə və casusluğa qarşı əks-kəşfiyyat sahəsində əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.
Bütün bu yaxınlaşmaların təhlilindən belə nəticə çıxır ki, Türkiyədə yaşayan və şübhəli fəaliyyətlə məşğul olan Fələstin vətəndaşları MİT (Milli İstihbarat Təşkilatı) tərəfindən nəzarətə götürüləcək.
İkitərəfli razılaşmanın digər əsas istiqaməti “Mossad”ın Türkiyədəki İran kəşfiyyat şəbəkələrinə nəzarətdən ibarət olacaq.
Razılaşmada həmçinin qeyd edilir ki, İDF kəşfiyyat bölməsi Türkiyə hərbi kəşfiyyatı ilə həm də elektron kəşfiyyat (SIGINT) sahəsində əməkdaşlıq edəcək.
Məlumatı şərh edən “İntelligenceonline” saytı Türkiyə ilə İsrail, eləcə də İsraillə Azərbaycan arasında münasibətlərin istiləşməsinə diqqət çəkərək yazır:
“Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə ilə İsrail arasında strateji əməkdaşlığın vacibliyini vurğulayıb”.
Məlum olduğu kimi, İsrail Müdafiə naziri Benni Qantz Türkiyə səfərindən bir xeyli əvvəl, yəni oktyabrın 3-də Mossad-ın yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyətinin müşaiyəti ilə Bakıya səfər edib. Bundan sonra israilli nümayəndə heyəti iki ölkə - Türkiyə və İsrail təhlükəsizlik orqanları arasında əməkdaşlıq müqaviləsini imzalamaq üçün Ankaraya yollanıb.
Yaşanan son hadisələr bir daha sübut edir ki, bütün çoxmillətli ölkələr kimi Türkiyə də daxili təhlükəsizliyini hər şeydən üstün tutmalı, ölkədəki yüksək səviyyəli multikultural sərbəstlikdən sui-istifadə edən şübhəli qrupların fəaliyyətini daim nəzarətdə saxlamalıdır. Şübhəsiz, Türkiyənin bu tarazlığı qoruyub saxlaması üçün Mossad kimi dünyaca nüfuzlu, peşəkar və təcrübəli bir təşkilatla əməkdaşlığı hər iki tərəf üçün faydalı olacaqdır.