12:46 | 2 may 2012 | Çərşənbə
Məqaləyə 3784 dəfə baxılıb
Şriftin ölçüsü
Bir az mütəkkəyə söykənib mürgü vurandan sonra darıxan adamlar kimi durub ev telefonunda ərdə olan qızıgili yığdı. Telefonu üç yaşlı nəvəsi götürdü. Uşağın səsini eşidən kimi arvadın üzü güldü:
- Bıy, qaddddan alım, ədə, sənin! Dilini yeyərəm, ey, dilini! Caaaan!!! Ay Toppuş,Toppuuuş, mama evdədi? Caaaan! Kim döydü səni? Gəlib öldürərəm hamısını!.. Ver görüm mamaya. Nətərisən, başına dönüm? Sən mənim nazdı qızımsan! Toppuşu kim döyüb, ağız? Əşi özüm bilirəm, Toppuşu döyməkmi olar, Toppuş mənim canımdı, şəkərimdi, cigərimdi! Kişi qırığı evdədi? Hardadıbə? İş nədi, indiyə iş qalar? Sən onun ipini yaman buraxmısanhaaa! Necə yəni neynəyim? Gələndə üstünü kəs, denən, əə, Dombagöz Qəfərin oğlu, nə veyillənirsən küçələrdə, evin-eşiyin yoxdumu? Koppayoğlu!!! Allah bilir indi harda içib zəhərlənir? Nə yox aaaz? Hərdən nədi? Yadında döyülmü, Zülfüqarın toyunda içib nətəri oynayırdı? Baxtavarın canı da elə sağlamdı! Qoz kimi tullanıb-düşürdü! Hərdən düşəndə içir, deyirsən, bu gün də həmin hərdənin biridi, dana! Səhər-səhər nə verib yola saldın? Ağız qayğanaq nədi, o yumurtaları mən kənddən Toppuşnan sənə görə gətirtmişəm! Gör ey, Dombagözün oğlu kənd yumurtasının qayğanağını yeməsəydi dünya dağılardı! Ağız, qələt eləyir, qayğanaq istəyəndə ona mağaza yumurtası bişir, qoy zəhərlənib rədd olsun işinə! Səhər olanda şordan şirinçaydan tulla qabağına, çox qudurtma, sonra başına çıxacaq! İş tapıb işləyə bilirmi?Hə onun işi yaxşıdı, təzə tikilən binaların hamısında santexnik lazım olur. Axşamlar evə gələndə məcbur elə, qoy həmişə hamamda çimsin, yoxsa Dombagözlər kimi iylənəcək o da! Deynən, itsən, qurdsan, hər nəsən, Toppuşun atası sayılırsan, özünü camaat içində normal apar! Axşamlar da qreçkadan-zaddan qaynat ver, heyvan kimi şeydi, basıb yeyəcək! Gəldi? Yaxşı, gecən xeyrə qalsın, dərdin ürəyimə! Qələt eləyir, biraz gec aç, qudurtma! Kopayoğlu!!! Darıxma, gələn çərşənbəgələcəm Toppuşumu görməyə! Salamat ol, maman qurban!