
TƏBİB səviyyəni artırmaq istəyir
ISO 7101:2023 beynəlxalq standartı üzrə maarifləndirici konfrans keçirilib
ISO 7101:2023 beynəlxalq standartı üzrə maarifləndirici konfrans keçirilib
Tibb işçilərinin rayonlara cəlb edilməsi üçün stimullaşdırıcı layihə hazırlanır
Qurum son vaxtlar yoluxmada artımları nəzərə alaraq vətəndaşları diqqətli olmağa çağırıb
İnsan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb
İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq
İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq
İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq
“Son bir heçə həftədir ki, COVİD-19-a yoluxanların sayında artıb-azalmalar müşahidə olunur. Çünki dünyada pandemiya hələ də davam edir. Nə zaman ki bütün ölkələrdə gündəlik statistik göstəricilər sıfırlanacaq, o zaman biz pandemiya bitdiyinə əmin olacağıq. Odur ki, bəzən yoluxma saylarının minimum həddə enməsi bizi aldatmamalı, məsuliyyətli yanaşmamıza təsir etməməlidir”. Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev deyib.
İnfeksionist bildirib ki, xüsusilə yoluxma saylarında qeyri-stabilliyə təsir edən amillərdən biri payız fəslinin, yəni sentyabrın sonlarından dekabrın sonlarına qədər kəskin respirator infeksiyaların çox aktivləşdiyi dönəmin olmasıdır: “Həmin aktivləşmə gündəlik yoluxma göstəricilərinə də təsir edir. Çünki immun sisteminin zəifləməsi fonunda yanaşı, infeksiyalar da inkişaf edə bilər”.
Rusiyada aşkarlanan ştamlardan danışan N.Əliyev hazırda ölkəmizdə bununla əlaqədar ciddi bir təhlükənin olmadığını, o cümlədən həmin variantların respublika ərazisində qeydə alınmadığını da diqqətə çatdırıb: “Elə olarsa, biz bunu gündəlik yoluxma saylarındakı ciddi artımla müşahidə edəcəyik”.