vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
11:00 | 20 dekabr 2022 | Çərşənbə axşamı Məqaləyə 7730 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qətər tək deyil...

Yunan deputat ermənilərə də lobbiçilk etməyib

Elxan ŞAHİNOĞLU

Qətərlə bağlı qalmaqal Avropanı silkələyib. Avropa Parlamentinin bir qrup deputatının lobbi çalışmaları qarşılığında Qətərdən milyonlarla avro pul aldıqları aşkarlanıb, həbs olunanlar var. Bu hadisə ABŞ Konqresində baş versəydi, nə qalmaqal, nə də həbs olardı. ABŞ-da lobbiçilik qanuniləşdirilib, pullar bank hesabları vasitəsilə köçürülür. Avropada isə pullar köhnə üsulla əldən ələ verilib. Digər tərəfdən Avropa Parlamentində ABŞ Konqresindən fərqli olaraq lobbiçilik rəsmiləşdirilməyib, pul və bahalı hədiyyələr almaq qadağandır. Yayılan xəbərlərə görə, Doha futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsinin müsbət imicinin yaradılması məqsədilə avropalı deputatlara maliyyə verib. Ancaq son qalmaqal fonunda müsbət imic mənfiyə çevrilib.

Avropa Parlamenti Qətərlə müxtəlif səviyyələrdə təmasları dayandırmaq fikrindədir. Bu ikitərəfli münasibətlərə mənfi təsir edəcək. Məsələ burasındadır ki, Ukrayna müharibəsi fonunda Avropa Rusiya qazından imtina edib. Avropa ölkələrinin alternativ enerji mənbələrinə ehtiyacı var. Avropa şirkətləri bir müddətdir sıxılmış qazın idxalının artırılması məqsədilə Qətərlə danışıqlar aparırlar. Ancaq Doha indiki vəziyyətdə Avropaya qaz nəqlinin artırılması planlarına yenidən baxa bilər. Qətərli rəsmilər həm də ondan narazıdırlar ki, son qalmaqalda ancaq onların ölkələrinin adı hallanır, halbuki, başqa ölkələr də Avropa Parlamentində lobbiçilik edirlər. Bu məsələdə qətərli rəsmilər haqlıdırlar. Misal üçün Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdikləri müxtəlif sənədlərin və bəyanatların arxasında erməni lobbisinin maliyyəsi dayanır. Elə bir qrup amerikalı konqresmen də Ermənistana və Dağlıq Qarabağ separatçılarına böyük pullar müqabilində dəstək verirlər. Böyük ehtimalla rüşvətə görə həbs olunan Avropa Parlamentinin sədr müavini Evu Kayli Qətərlə yanaşı pul müqabilində Ermənistana və erməni separatçılarına da lobbiçilik edib.

Son qalmaqala baxmayaraq, Avropa Qətərdən qaz almaq istəyindən vaz keçməyib. “Rüşvət və qaz nəqli ayrı-ayrı məhfumlardır” deyən avropalı rəsmilərin Rusiya qazından imtinaları qarşılığında Qətər qazına ehtiyacları var. Qətər ABŞ-dan sonra Avropaya sıxılmış qaz ixrac edən ikinci ölkədir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)