vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
CƏMİYYƏT  
15:23 | 9 mart 2020 | Bazar ertəsi Məqaləyə 36814 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paytaxt rozaları

Ay alan, məm… ləkəti rey satıram - Ləman Ələşrəfqızı feministlərin aksiyasından yazdı

Ləman ƏLƏŞRƏFQIZI

8 mart gəldi və getdi. Dünyanı bürüyən koronavirus belə bu bayramın möhtəşəmliyinə kölgə sala bilmədi. Yenə alan aldı, satan satdı. Müxtəlif hədiyyələr – ətir , çiçək, gül bağışlandı qadınlara… Biri zanbaq, biri tülpan, biri roza…

Amma mən bu gün sizə Bakı küçələrinə səpələnən, əllərindəki  plakatlarda qurşaqdan aşağı və yuxarı nahiyələrini satışa çıxaran rozalardan danışacam. Əstəğfirullah, pis başa düşməyin. Rozalar deyəndə, Roza Lüksemburqun davamçılarını nəzərdə tuturam. Tarixdən xatırlayırsız da gərək ki, o xanımı.

8 Martın dünyada  bayram kimi  qeyd edilməsi ideyasının  müəllifi sayılan  Klara Setkinin rəfiqəsini deyirəm. Məsləkdaşları onu “sosialist  bacı” deyə çağırırdılar. Avropada ən fəal kommunist hərəkatının üzvü olan Roza rəfiqəsi Klara kimi insan hüquq və azadlıqlarının aktiv müdafiəsçisiydi. Yəni dediyim bu ki,  100 il sonra  Bakının küçələrində 8 mart günü qadınlara azadlıq tələb edən rozalar həmin Roza Lüksemburqun sələfləridir. Olsun! Burda pis və ya qəbahət sayılacaq  heç nə yoxdur. Pis və qəbahət sayılacaq yeganə şey bizim rozaların sarsaq davranış və şüarlarıdır. Heç  günü bu gün də Lüksemburqda  müasir rozalar belə şüarlarla küçəyə çıxmırlar, bizimkilərin isə   ideya və fantaziyaları Bakının göbəyində-Fəvvarələr Meydanında fontan vurdu. Qızlarımız hər şeyini satışa  çıxardılar. Sanki Azadlıq bu imiş kimi! Sanki Demokratiya bu imiş kimi! Sanki əxlaq bu imiş kimi! Sanki Qərb və ya Avropa mədəniyyəti bu imiş kimi! Əslində isə qızların özünü açıb çölə qoymasının demokratiyanın D-si ilə belə yaxından-uzaqdan əlaqəsi yox idi. Ümumiyyətlə, özünü  feminist adlandıranların davranışlarındakı açıq-saçıqlıq nəyin təzahürü idi, onlar nə istəyirdilər, niyə belə şüarlarla özlərini  rüsvay etdilər, anlamaqda çətinlik çəkirəm.

Maraqlıdır ki, hətta iştirakçılardan biri də nə istədiyini düzüb-qoşa, quraşdıra bilmədi. Tələbiniz nədir sualına-“bilmirəm” cavabı verdi bir hicablı feminist. Bəli, bəli məhz hicablı!

Allah sənə rəhmət elsin, Mirzə Ələkbər. hələ 1 əsr əvvəl yazırdın:

 

Mağazamda tapılır hər cürə zad:
Cami-Cəm, rəyəti-Key, təxti-Qübad;
Gərçi bazarımı etməkdə kəsad
Səy edir bir para İrani nəjad,
Leyk mən baxmayıram, hey satıram!
Ay alan! Məmləkəti-Rey satıram!

 

Ustad, bu gedişlə bizim məmləkət də dövrünün Rey şəhəri kimi əldən gedəcək. Sabah ana olacaq qızlarımızın əldən gedən  mə…..ləri və nələri  kimi.

Sosial şəbəkədə bir Türkiyə vətəndaşının rəyi bir millət təəssübkeşi olaraq məni lap sarsıtdı . Gök Börü adlı biri 8 Marş aksiyasının qəhrəmanlarına belə bir rəy  yazmışdı: “Tipik azeri kadını. Sakın Türkiyeye gelip de vermiyin, orda kalın.”

Heyf səndən Azərbaycan qadını. Sən ötən əsrin əvvəlində Osmanlıya ilk qadın vəkil kimi Sürəyya Ağaoğlunu vermişdin… İndi Gö. Börülər üstümüzə böyürürlər. Yazıq, çox yazıq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)