
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
Ərəb ölkələrinin Çinlə tərəfdaşlığı ildən ilə güclənir. Dekabrın əvvəllərində Səudiyyə Ərəbistanında Çinin ərəb ölkələriylə əməkdaşlığıyla bağlı sammit keçiriləcək. Sammitdə Çin lideri Si Tsinpin də iştirak edəcək. Si Tsinpin sonuncu dəfə Səudiyyə Ərəbistanında 2016-cı ildə olub. Keçmiş illərdə Səudiyyə Ərəbistanı Çinin əsas neft təchizatçısı idi. Pekin sammit vasitəsilə Yaxın Şərq ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışır.
Çinin ərəb ölkələri ilə sıx əməkdaşlığı Vaşinqtonu ciddi narahat edir. Çin Səudiyyə Ərəbistanı ilə yanaşı başqa ərəb ölkələri ilə də əməkdaşlıq edir. Misal üçün Birləşmiş Ərəb Əmirlikləri Çinlə yüksək texnologiyalar sahəsində ortaq layihələr reallaşdırır.
Amerika Birləşmiş Ştatlarının Çinlə əməkdaşlıq edən varlı ərəb ölkələrinə təzyiqi bu dövlətləri Vaşinqtondan daha çox uzaqlaşdıra bilər. Birləşmiş Ərəb Əmirliklərinin süni intellekt üzrə naziri Ömər Olamanın sözlərinə görə, ölkəsi Çin texnologiyalarından istifadəni bundan sonra da davam etdirəcək. Abu-Dabi Çinin Birləşmiş Ərəb Əmirliklərinin sirlərinə malik olması təhlükəsindən qorxmur. Vaşinqton Birləşmiş Ərəb Əmirliklərinə “F-35” qırıcı təyyarələrini satmaqda tərəddüd edir. Çünki, Vaşinqton ehtiyat edir ki, təyyarənin içindəki avadanlıqlar Çinin əlinə keçə bilər. Vaşinqton hesab edir ki, Pekin dünyanın müxtəlif ölkələrində Amerika texnologiyalarını ələ keçirməyə çalışır.
Böyük Britaniyanın “Economist” dərgisinin analizinə görə, Çinin Avropa, Afrika və Yaxın Şərq ölkələrinə ixracının üçdə iki hissəsi Birləşmiş Ərəb Əmirlikləri üzərindən gerçəkləşir. Bu səbəbdən Çinin Birləşmiş Ərəb Əmirliklərinə yatırımlarının miqyası artıb. Birləşmiş Ərəb Əmirlikləri ərəb ölkələri içərisində Çin yatırımlarının miqyasına görə liderdir.
Vaşinqtonun səyləri nəticə vermir. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Vaşinqtonun istəyinin əleyhinə olaraq Pekinlə hərtərəfli əməkdaşlığa üstünlük verirlər. Ərəb ölkələrini ABŞ – Çin qarşıdurması maraqlandırmır. ABŞ-ın ərəb ölkələrinə təzyiq alətləri getdikcə zəifləyir. Vaşinqton Səudiyyə Ərəbistanının OPEK + təşkilatı çərçivəsində neftin istehsalının azaldılması qərarını dəyişdirə bilmədi. Vaşinqton ərəb ölkələrinə sanksiya tətbiq etməyə planlaşdırmır. Çünki ABŞ-ın ərəb ölkələri ilə böyük ticarət əlaqələri var.