vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
17:37 | 20 iyul 2022 | Çərşənbə Məqaləyə 792 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xameneyi “Twitter”də aktivləşib

Dini liderin növbəti paylaşımı Rusiya ilə bağlı olub

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın rəhbəri Əli Xameneyi özünün “Twitter” hesabında etdiyi paylaşımda dünyada baş verən hadisələrin Rusiya və İranı yaxınlaşmağa məcbur etdiyini bildirib.

O, müxtəlif sahələrdə əməkdaşlığın hər iki tərəfin xeyrinə olduğunu yazıb.

“Dünyada baş verən hadisələr İran və Rusiyanın qarşılıqlı əməkdaşlıqlarının çoxalmasına ehtiyac olduğunu göstərir.

Uzun müddətli əməkdaşlıqlar hər iki ölkənin mənafeyinə uyğundur. İki ölkə arasında  neft və qaz sahəsi də daxil olmaqla çox saylı razılaşma və müqavilələr mövcuddur. Onlar sona kimi təqib edilib və həyata keçirilməlidir”, – deyə Xameneyi özünün “Twitter” hesabında bildirib.

Qeyd edək ki, Əli Xameneyi bundan öncəki paylaşımında Vladimir Putinlə görüşündə Ukrayna müharibəsi ilə bağlı işlətdiyi ifadələri “Twitter” hesabında paylaşıb.

“Əgər siz Ukrayna məsələsində təşəbbüsü ələ almasaydınız qarşı tərəf buna təşəbbüs göstərib və müharibə başladacaqdı”, – deyə, Xameneyi Putinlə görüşündə bildirmişdi.