vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
12:46 | 13 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 1048 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran Ukraynaya qarşı müharibəyə qoşulub

SEPAH zabitləri Krımda yerləşən bazalarda təlimlər keçir

ELÇİN

MÖVZU İLƏ ƏLAQƏLİ

İran İslam Respublikasının “İslam İnqilabı Keşikçiləri Korpusunun” – SEPAH (“Sepahe Pasdarane Enqelabe Eslami”, “Pasdaran”) onlarla zabiti Ukraynanın işğal olunmuş ərazilərindədir.

Britaniyadakı Müharibə Tədqiqatları İnstitutu (İnstitute for the Study of War – İSW) əldə etdiyi kəşfiyyat məlumatlarına əsaslanaraq belə bəyanatla çıxış edib.

“Pəsdəran” zabitləri Rusiyanın işğal etdiyi ərazilərdə yaradılmış təlim məntəqələrində rusiyalı hərbçilərə Moskvanın Tehrandan satın aldığı “Shahed 136” və “Qods Mohajer-6” döyüş PUA-larından istifadəni öyrədirlər.

Təlim məntəqələri Krımdakı Canköy və Xerson vilayətindəki Jeleznıy Port ilə Qladovtsıda yerləşir.

“Pəsdəran”ın təlimatçı zabitləri rusiyalı hərbçilərə təlimlər zamanı Rusiyanın İrandan satın aldıqdan sonra “Qeran” adlandırdığı “Shahed 136” zərbə (“kamikadze”) dronlarından istifadə qaydalarına xüsusi diqqət verirlər.

Bununla yanaşı, “Pəsdəran” zabitlərinin Ukraynadakı bir sıra mülki obyektlərə, xüsusilə də Nikolayev və Odessa vilayətlərindəki “hədəf”lərə “Shahed 136” dronları vasitəsilə zərbələr endirilməsinə birbaşa nəzarət edirlər.

Rəsmi Tehran Rusiyaya PUA-lar satdığını inadla təkzib edir, “bununla bağlı yayılan məlumatlar əsassız iddialar və dezinformasiyadır” deyir.

İranın XİN başçısı Hüseyn Əmir Abdullahian isə həmin informasiyaları “ağ yalan” adlandırmışdı.

Tehran istədiyi qədər təkzib edə bilər – reallıq isə budur ki, Ukrayna səmasında ukraynalı hərbçilər hər gün onlarla İran PUA-sı vururlar.