vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:41 | 12 noyabr 2022 | Şənbə Məqaləyə 560 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İki jurnalisti öldürməyə cəhd

Daha bir ölkədə İran səfirinə etiraz notası verilib

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniya Xarici İşlər Nazirliyi İranın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilini bu ölkədə yaşayan farsdilli mediada çalışan jurnalistlərə qarşı təhdidlərə cavab olaraq çağırdığını açıqlayıb.

Böyük Britaniyanın Xarici İşlər Naziri Ceyms Kleverli noyabrın 11-də verdiyi açıqlamada deyib: “Mən bu gün İran nümayəndəsini çağırıb və bildirdim ki, biz jurnalistlərin və ya Böyük Britaniyada yaşayan hər kəsin həyatına qarşı təhdidə dözməyəcəyimizi açıq şəkildə bildirdim”.

Qeyd edək ki, bir neçə gün bundan öncə Britaniyanın “Teleqraf” qəzeti Londonda yerləşən İslam Respublikasına bağlı bir terror qrupunun bu yaxınlarda Londonda fəaliyyət göstərən fars dilli telekanalın iki britaniyalı-iranlı jurnalisti öldürməyi planlaşdırdığını yazıb.

Qəzetin məlumatına görə, London Metropoliteninin Terrorla Mübarizə Polisi bu jurnalistlərə xəbərdarlıq edib və onlara qarşı ölümcül təhdidlər olduğunu müəyyən etdiklərini söyləyib.

Məlumatda təhlükəsizlik səbəbindən jurnalistlərin adları açıqlanmasa da, onları gecə-gündüz qoruma altında olduqları qeyd edilib.