vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
15:07 | 4 dekabr 2022 | Bazar Məqaləyə 630 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

40 illik məcburiyyətin sonu

Çadradan imtina fars-molla rejimini xilas edə biləcəkmi?

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Fars-molla rejimi iki ay yarımdan çox davam edən etirazlardan sonra çox nəzərə çarpan reaksiya verir.

Sentyabrın 13-də baş örtüyü düzgün taxmadığı üçün paytaxt Tehranda saxlanılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da həbsdə ölməsi ölkədə son illərin ən böyük etirazlarına səbəb olub. Təhlükəsizlik qüvvələri də daxil olmaqla, onlarla insanın həyatını itirdiyi şiddətli etirazlar ölkənin bir çox yerində aramsız davam edərkən, İrandan əhəmiyyətli bir açıqlama gəldi.

İranın Baş Prokuroru Məhəmməd Cəfəri Müntəzeri etiraz hədəfi olan əxlaq polisi İrşadın bağlandığını və illərdir bütün qadınlara tətbiq edilən hicab tələbinin araşdırıldığını açıqlayıb. "Həm parlament, həm də məhkəmə sistemi müvafiq qanunların dəyişdirilib-dəyişdirilməməsi məsələsi üzərində işləyir", – Müntəzeri deyib.

Muntazeri qeyd edib ki, baxış qrupları bir-iki həftə ərzində nəticələri qiymətləndirəcək.

İran prezidenti İbrahim Rəisi də dünən televiziyada yayımlanan açıqlamada "Konstitusiyanın tətbiqi ilə bağlı bəzi üsullar uzana bilər" deyərək hicab qadağasının qaldırıla və ya azaldıla biləcəyinə işarə edib.

Digər tərəfdən, ultra-mühafizəkarların nəzarətində olan iki qurumda belə bir addımın atılmasının çətin olması fikri hakimdir.

***

İranda həftələrdir davam edən nümayişlərdə ilk dəfə olaraq qadınların aparıcı mövqedə olması diqqət çəkir. Bir çox qadınlar hicablarını çıxarıb yandırmaqla hökumətin hicab taxmaq mandatına etiraz edirlər.

İranda hicab taxmaq 1979-cu il İslam İnqilabından dörd il sonra, 1983-cü ildə bütün qadınlar üçün məcburi edilib. Məcburi baş örtüyü ölkədə uzun müddətdir hakimiyyəti bölüşən mühafizəkar və islahatçı təbəqələr arasında mübahisələrə səbəb olub.

İslahatçı partiyalar sentyabrda etirazlar başlayanda hicab qadağasının yumşaldılmasına, mühafizəkar prezident isə xalqı hicabın müdafiəsi üçün səfərbər olmağa çağırıb.

***

Bu müzakirələr davam edərkən İranda “İsrail kəşfiyyatı ilə əməkdaşlıqda” ittiham olunan 4 nəfər edam edilib.

Onlar İsrailin dəstəyi ilə insanları oğurlamaqda və ictimai asayişi pozmaqda ittiham olunublar.