vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
18:53 | 20 may 2024 | Bazar ertəsi Məqaləyə 1478 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... İranın faciələri

2020-ci ildən bu günə qədər ...

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

88 milyon əhalisi olan İran prezident İbrahim Rəisi, xarici işlər naziri Abdullahiyan və onları müşayiət edən 7 məmurun vertolyot qəzasında həlak olmasından şoka düşüb.

Lakin bu, ən böyük sarsıntılardan biri olsa da, ilk deyil. Belə ki, qəzada həlak olanlar ölkədə son illərdə yaşanan faciələrə bir yenisini əlavə edib. Bu məqsədlə 2020-ci ildən bəri İranda baş verən mühüm hadisələri bir araya topladıq. İranın gündəmi son dörd ildə sui-qəsdlər, ölümlər, sanksiyalar və üsyanlarla doludur.

 

2020: Süleymaninin ölümü

 

2020-ci il İran üçün unudulmaz il kimi yadda qaldı. Yanvarın 3-də İraqın paytaxtı Bağdadda olan İnqilab Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymani ABŞ-ın o zamankı prezidenti Donald Trampın əmri ilə hava zərbəsi nəticəsində öldürüldü.

Süleymaninin ölümü İran rejimi üçün böyük bir zəlzələ yaratdı. Dəfn mərasimi zamanı yaranan izdiham nəticəsində 56 nəfər həyatını itirdi.

Buna cavab olaraq İran ABŞ-ın İraqdakı hərbi bazasına onlarla raket zərbəsi endirsə də, can itkisi olmadı.

ABŞ ilə AB və İran arasında gərginlik artarkən, Tehran administrasiyası 2015-ci ildə imzalanan nüvə sazişinin uranın zənginləşdirilməsində istifadə edilən sentrifuqların sayına qoyduğu məhdudiyyətlərə əməl etməyəcəyini açıqladı. Bu, ABŞ-ın sanksiyalarına səbəb oldu.

2020-ci ilin may ayında İranın Natanzdakı əsas nüvə zənginləşdirmə obyektinə böyük ziyan vuran partlayış baş verdi. Partlayış nəticəsində uranı 2015-ci il nüvə sazişinə əsasən icazə verilən IR-1 modellərindən daha sürətli zənginləşdirən qabaqcıl IR-4 və IR-6 sentrifuqaları istehsal edən fabrikə ziyan dəydi.

2020-ci ilin oktyabr ayında İranda COVİD-19 səbəbiylə hər dörd dəqiqədə bir ölümün baş verdiyi açıqlandı. İranın dini lideri Ayətullah Əli Xameneinin məşvərət şurasının üzvü Seyid Məhəmməd Mir-Məhəmməd də COVİD-19 səbəbilə dünyasını dəyişdi.

 

2021: Şəfin “yarım” qələbəsi

 

2021-ci ilin ən diqqətçəkən məqamı prezidentliyə namizəd Rəisinin 62 faizlə seçkilərdə qalib gəlməsi oldu. Bununla belə, seçici fəallığı İran İslam Respublikası tarixində ən aşağı göstərici olan 48 faiz səviyyəsində qaldı.

Rəisi hakimiyyətə gəldikdən sonra İranın Çin və Rusiya ilə davam edən əlaqələrini gücləndirməyə çalışdı. O, həmçinin ərəb, Cənubi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasına üstünlük verdi.

2021-ci ilin aprelində İran və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri kəsdikdən beş il sonra yenidən birbaşa danışıqlar apardı.

 

2022: Etirazlar öz möhürünü vurdu

 

22 yaşlı İran vətəndaşı Məhsa Əmini çadrasını çıxarması səbəbilə əxlaq polisi tərəfindən saxlanıldı. Əmini həbsdə olarkən dünyasını dəyişdi.

Bu ölümdən sonra ölkədə qarışıqlıq yarandı. İnsan haqları müdafiəçiləri və rejim əleyhdarları İranın bir çox bölgələrində, universitetlərdə və küçələrdə etiraz aksiyaları keçirdi. 2022-ci ilin son 4 ayında İranın 31 vilayətində etiraz aksiyaları keçirildi. Etirazların ilk 3 ayında 500-dən çox insan həlak oldu.

Rəisi rəhbərliyi etirazları çox sərt şəkildə yatırmağa əl atdı.

 

2023: “Örtülü” müharibə davam edir

 

İran 2023-cü ilə sui-qəsdlə qədəm qoydu. SEPAH üzvü və “Bəsic” bazasının komandiri Qasım Fəthullahi Tehranda evinin qarşısında öldürüldü.

Əmininin ölümündən sonra başlayan etirazlar 2023-cü ildə davam edərkən, Rəisi administrasiyası keçmiş prezident Əkbər Haşimi Rəfsəncaninin qızı Faezeh Haşimini hökumət haqqında mənfi fikirlərinə görə 5 il həbs cəzasına məhkum etdi.

İsrail 2023-cü ilin aprelində Suriyada İranın dəstəklədiyi qruplara qarşı hücuma keçdi. Dəməşq yaxınlığındakı hücumda SEPAH-ın iki üzvü Milad Heydəri və Meqdad Meqdani həlak olub.

İran 2023-cü ilin may ayında 142 vətəndaşını edam edib. Bu rəqəm 2015-ci ildən sonra ən yüksək rəqəm kimi qeydə alındı.

 

2024: İsrail ilə münaqişə

 

2024-cü il də İrana “qan və ölüm”lə gəldi. Yanvarın 3-də Qasım Süleymaninin anım gününə toplaşan kütləyə qarşı terror aktı törədildi. 103 nəfər həyatını itirdi.

İsrail bu il də İranın Suriyadakı bazalarına hava zərbələri endirməyə davam etdi. General Amidzadə də daxil olmaqla 5 SEPAH üzvü öldürüldü.

Aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna hücum etdi. General Zahedi də daxil olmaqla 8 SEPAH üzvü öldürüldü.

Aprelin 13-nə keçən gecə İran İsrail ərazisinə birbaşa hücum etdi. Təxminən 500 pilotsuz təyyarə və çoxlu raket atılsa da, İsrailə ciddi ziyan dəymədi.

Aprelin 19-da İsrail tərəfindən İranın İsfahan şəhərinə raket hücumu həyata keçirildi.

İran və İsrail arasında birbaşa toqquşmalardan sonra mayın 19-da başda İran olmaqla bütün dünyanı şoka salan hadisə baş verdi. İran prezidenti Rəisi, xarici işlər naziri Abdullahiyan və onunla birlikdə 7 nəfərin olduğu vertolyot qəzaya uğradı. Vertolyotda olan hər kəs – Rəisi, Abdullahiyan və qalan 7 nəfər həyatını itirdi.

İran qanunlarına görə, ölkədə 50 gün ərzində yeni prezidentin seçilməsi üçün seçkilər keçiriləcək.