vaxtlı-vaxtında oxuyun! Cümə, 18 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
09:20 | 14 iyul 2024 | Bazar Məqaləyə 121 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Çox qanaxma oldu”

Trampdan ilk açıqlama: “Nə baş verdiyini sonradan anladım”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniya ştatında keçirilən seçki kampaniyası zamanı ona qarşı edilən hücumla bağlı Truth sosial media hesabında paylaşım edib.

ABŞ məxfi xidməti və təhlükəsizlik rəsmilərinə sürətli müdaxiləyə görə təşəkkürünü bildirən Tramp seçki kampaniyası bölgəsində həyatını itirən şəxsin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Əldə etdiyi məlumata görə, atəş açan şəxsin də öldüyünü vurğulayan Donald Tramp, hücum edənin kimliyi ilə bağlı hələlik məlumatın olmadığını qeyd edib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hücum zamanı güllənin sağ qulağına dəydiyini bildirərək, “ölkəmizdə belə bir hadisənin baş verdiyinə inanmaq çətindir” deyib.

Güllə dəydikdən sonra “bir şeyin səhv olduğunu dərhal anladığını” ifadə edən Tramp çox qan itkisi keçirdiyini qeyd edib.