vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
10:26 | 14 iyul 2024 | Bazar Məqaləyə 106 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Polisə xəbər verdik, amma ...”

“Binalardan birinin damından digərinə keçən adam gördüm”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Trampın mitinqində iştirak edən şahidlər polisə hücumçu barədə əvvəlcədən xəbərdarlıq etdiklərini iddia ediblər. Şahidlər bildirir ki, onlar keçmiş prezident Donald Trampın Pensilvaniya ştatında keçirilən seçki kampaniyası zamanı polis məmurlarını şübhəlinin damda atəş açmasından bir neçə dəqiqə əvvəl xəbərdar ediblər.

BBC-nin məlumatına görə, Qreq Smit adlı iştirakçı su-qəsdçinin hücumu həyata keçirməzdən bir neçə dəqiqə əvvəl izləyicilər tərəfindən görüldüyünü iddia edib.

Sui-qəsdçinin dama qədər süründüyünü gördüyünü qeyd edən Smit, təcavüzkarın silah daşıdığının açıq şəkildə göründüyünü və zərərsizləşdirilmədən əvvəl “3-4 dəqiqə” damda qaldığını ifadə etdi.

Polis qüvvələrinin ətrafda gəzdiyini deyən Smit, “O damda silahı olan biri var” dediyini, lakin polisin müdaxilə etmədiyini bildirib.

Mitinq sahəsindəki tövlədən ABŞ məxfi xidməti üzvlərinin ona baxdığını qeyd edən Smit, “Məxfi xidmət tövlənin yuxarısından bizə baxırdı. Mən əlimlə damı göstərdim. Sonra gördüm ki, 5 dəfə atəş açılıb”, – deyib.

“Yəqin ki, damın yamacına görə sui-qəsdçini görə bilməyiblər, amma bura böyük bir ərazi deyil, niyə orada məxfi xidmətin səlahiyyətliləri olmayıb. Bu yüz faiz təhlükəsizlik xətasıdır?”.

Başqa bir hadisə şahidi “CBS News”a danışıb: “Mən ətrafa baxırdım və binalardan birinin damından digərinə keçən adam gördüm. Sonra polis məmuruna damda birinin olduğunu söylədim. Yerimə qayıdanda, insanlar hələ də dayandıqları yerdən həmin adamı görə bilidiklərini eşitdim”.

Sonra şahid, polis məmurunu bir daha xəbərdar etmək üçün geri qayıtdığnı vurğulayıb və dərhal sonra silah səsləri eşitdiyini qeyd edib.