vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
11:01 | 14 iyul 2024 | Bazar Məqaləyə 128 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampa atılan güllənin görüntüləri

FTB: “Ola bilər ki, silahlı şəxs bir neçə güllə atıb”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Noyabrın 5-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Trampa Pensilvaniyada sui-qəsd bütün dünyada əsas mövzusuna çevrilib.

Beynəlxalq ictimaiyyət ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdindən şoka düşərkən, ABŞ mediası hadisənin ən aydın fotosunu dərc edib. Belə ki, mitinq zamanı hücumu təşkil edən şəxs ölü tapılarkən, dünyanın nüfuzlu qəzetlərindən “New York Times”ın təcrübəli fotomüxbiri Duq Mills (Doug Mills) çox təəccüblü bir görüntü çəkib. Trampın mitinqini ön cərgədən izləyən Mills güllənin Trampdan ötdüyü anı lentə alıb. Fotolarda Trampın boynunun arxasından güllənin keçdiyi görünür.

FTB-də 22 il işləmiş və fotoşəkili nəzərdən keçirən təqaüd olan xüsusi agent Maykl Harriqan, “Bir güllə ilə mütləq hava yer dəyişdirib. Uçuş bucağı zərərçəkənin qulağından keçmək üçün bir az aşağı görünür, lakin ola bilər ki, silahlı şəxs bir neçə güllə atıb”. Harriqan deyib ki, güllənin irəlilədiyinə görə Trampın qulağına dəyən ola biləcəyini deyib.