Məxfi xidmət buna necə imkan verib?
ABŞ ictimaiyyəti bu suala cavab axtarır
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
ABŞ Məxfi xidmət hadisə zamanı ABŞ-ın keçmiş prezidenti Donald Trampa silahla sui-qəsd etməyə cəhd edən hücumçunun Trampa necə bu qədər yaxınlaşa bildiyini araşdırır. Ölkə ictimaiyyəti də hadisəni başvermə səbəbini sual altına alır.
“Associated Press” (AP) mitinqdə çəkilmiş onlarla video və foto, habelə peyk görüntüləri vasitəsilə keçmiş prezident Trampa hücumu təhlil edib.
Təhlillərə görə, bu məlumatlar sui-qəsdçinin Trampın çıxış etdiyi səhnəyə “təəccüblü” yaxınlaşa bildiyini göstərir.
Sosial şəbəkələrdə yayılan videolara görə, Trampın mitinqinin keçirildiyi ərazinin şimalında yerləşən istehsal müəssisəsinin damında boz kamuflyaj geyinmiş kişi cəsədinə rast gəlinir.
Dam Trampın danışdığı yerdən 150 metr aralıdadır və bu məsafə ABŞ ordusuna yeni başlayanların əsas təlimlərində “M16” tipli avtomatik tüfənglə insan ölçülü hədəfləri vurmalarının tələb olunduğu məsafəyə uyğundur. Təcavüzkarın istifadə etdiyi “AR-15” avtomatı, “M16”nın yarı avtomatik mülki modelidir.
Adının açıqlanmasını istəməyən və AP-yə danışan iki hüquq-mühafizə orqanı rəsmisi bildirib ki, ABŞ Məxfi xidməti hücumçunun Trampa necə bu qədər yaxınlaşdığını araşdırır.
Rəsmilər hücum zamanı məxfi xidmətin snayper komandası və əks-hücum komandasının mitinqdə olduğunu bildirib.
Digər tərəfdən, Daxili Təhlükəsizlik Katibi Alexandro Mayorkas verdiyi açıqlamada, Departament və Məxfi Xidmətin silahlı hücumu araşdırmaq üçün hüquq-mühafizə orqanları ilə birlikdə çalışdığını bildirib.
Mayorkas qeyd edib ki, prezidentliyə namizədlərin təhlükəsizliyinin təmin edilməsi və seçki kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər onun ən həyati prioritetlərindən biridir.
“Biz bu hücumu ən sərt şəkildə qınayırıq və sürətli addım atdıqlarına görə Məxfi xidməti alqışlayırıq. Biz prezident Bayden, keçmiş prezident Tramp və onların kampaniyalarında iştirak edən seçki qərargahının üzvləri ilə əlaqə saxlayırıq və onların təhlükəsizliyini təmin etmək üçün bütün mümkün tədbiri görürük”, – deyə Mayorkas bildirib.
BBC-nin məlumatına görə, Trampın mitinqdə məruz qaldığı hücum “təhlükəsizlik zəifliyi” ilə bağlı müzakirələrə səbəb olub.
***
Respublikaçılardan prezidentliyə namizədliyini irəli sürən keçmiş ABŞ prezidenti Tramp Pensilvaniyada mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb.
Sağ qulağından yaralanan Trampın səhhətinin yaxşı olduğu bildirilib.
Hadisədə mitinqdə iştirak edən 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
ABŞ Məxfi xidməti hücumda şübhəli bilinən şəxsin mitinq sahəsinin kənarındakı hündür yerdən podiumun olduğu nöqtəyə qədər dəfələrlə atəş acdıb. Cavab atəşləri ilə su-qəsdçinin zərərsizləşdirildiyi açıqlanıb.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) hücumu “sui-qəsd cəhdi” kimi qiymətləndirib.
FTB Trampa qarşı sui-qəsdi təşkil edən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb.