Təhsil nazirindən smartfon qadağası
Onlardan məktəblərdə hətta təhsil məqsədləri üçün də istifadə etmək olmaz
FATEH
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Böyük «oyun»da Avropa gedişi
Bakı üçün kritik həftə - Brüssellə münasibətlərdə əlamətdar tarix; ABŞ-ın «Kreml siyahısı» Bakıya əlavə fürsətlər açır
-
TAP-ın 60 faizi hazırdır
Boru kəməri keçən torpaq sahələrinin yarısı bərpa olunub
-
Almaniya TAP-a qarşı
Ekspertlər bu qərarın layihənin icrasına təsirinin olmayacağını deyirlər
-
İtaliya təhsil naziri Cüzeppe Valditara növbəti tədris ilindən orta məktəbə qədər təhsil də daxil olmaqla hər hansı məqsədlə sinif otaqlarında smartfonlardan istifadəni qadağan edib.
Nazir konfransdakı çıxışında, “növbəti tədris ilindən başlayaraq təhsil də daxil olmaqla, hər hansı bir məqsədlə mobil telefonlardan istifadəni qadağan edən sirkulyar imzaladım. Çünki inanıram ki, orta məktəb səviyyəsinə qədər mobil telefonla təmin olunan yerdə yaxşı təhsil ola bilməz. Bu qadağa təbii ki, planşet və komptürlərə aid deyil. Ancaq bu cihazlardan da müəllimlərin nəzarəti altında istifadə edilməlidir”, – deyib.
Cüzeppe Valditara vurğulayıb ki, bu qərar, müəllimlərə səlahiyyət verilməsi və məktəblərdə fərdi məsuliyyət prinsipinin yenidən qurulması üçün həlledici qaydaların tətbiqi istiqamətində mühüm addımdır.
Nazir bildirib ki, mobil telefonların aludəçilik alətinə çevrilməsinin və gənclərin həyatlarının məhv olunmasının qarşısını almaq lazımdır.
Təhsil naziri onu da bildirib ki, süni intellektə əsaslanan köməkçi elementlər, xüsusən də inzibati tapşırıqlar üçün bəzi məktəblərdə pilot layihələr sınaqdan keçiriləcək.
İtaliya Ailə Birliyi Hərəkatının (Moige) direktoru Antonio Affinita təhsil nazirinin qərarını şərh edərkən, “bu, məktəblərdə rəqəmsallaşmanın düzgün idarə olunmasında irəliyə doğru bir addımdır. Biz bu təşəbbüsdən məmnunuq, çünki qərar məktəblərdə texnologiyadan sui-istifadə hallarına nizam-intizam gətirir. Bu gün məktəblərdə geniş texnologiya şəbəkəsi var. Lakin bu texnologiyadan məsuliyyətlə istifadə etmək və prosesə valideynləri də cəlb etmək lazımdır”, – deyib.