TAP-ın 60 faizi hazırdır
Boru kəməri keçən torpaq sahələrinin yarısı bərpa olunub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əliyev Vyana qapılarına çatır
Təklənirsiniz, müsyölər!
-
Əliyevin siyasi iradəsinin nəticəsi ...
Azərbaycan qazı Avropanın daha çox ehtiyac olduğu bölgələrinə çıxacaq
-
İkinci kəmər hazırdır
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
-
İkinci boru kəmərinə ehtiyac yaranacaq
Əlavə xətt əvvəlki ilə müqayisədə daha ucuz başa gələcək
-
Avropa qaz TAPdı
Mavi yanacaq axtarışında olan qədim qitənin diqqəti Azərbaycana yönəlib
-
“Sıfır da olmasa, sıfıra yaxındır”
İtaliyada hələ də Azərbaycan qazına qarşı çıxanlar kimlərdir?
-
Zəncirin mərkəzi hissəsi - TANAP
Azərbaycan layihəsi Rusiya qazına alternativ olmağı bacaracaqmı?
-
Azərbaycan qazı Avropanın sərhədində
Cənub Qaz Dəhlizinin 2-ci fazası da bitmək üzrədir
-
Boruların 99 faizi torpağa basdırılıb
TAP-ın Yunanıstanda hissəsində yarımçıq 15, Albaniyada isə 35 km-lik iş də tamamlanır
-
86,5 faiz yekunlaşıb
TAP-dan xəbər var ...
-
Bakıda nazirlərin V iclası
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak edib
-
Bleyer Bakı üçün lobbiçilik edir
Böyük Britaniyanın keçmiş baş naziri İtaliyada “ilişən” Azərbaycan qaz borusuna görə danışıqlara başlayır
-
Cəmi 2 km qalıb
TAP Albaniyada ən böyük xarici sərmayədir
-
Cənub-Qaz Dəhlizi sanksiyalardan yan keçdi
Azərbaycanın layihəsi ABŞ üçün İrana qarşı mübarizədən vacibdir
-
“TAP-ı işə salmağa hazırıq, amma...”
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
-
Qlobal qaz tələbatı artacaq
Beynəlxalq ticarətdəki yüksəlişin bir nömrəli faktoru LNG olacaq
Azərbaycan təbii qazını Avropaya çatdıracaq «Trans-Adriatik» (TAP) qaz boru kəməri marşrutunda torpaqların 45 faizdən çoxu əvvəlki vəziyyətinə gətirilib.
Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP boru kəməri Yunanıstan, Albaniya və İtaliyada 20 mindən çox torpaq sahəsindən keçir. Bu ərazilər 45 min torpaq sahibi və mülkiyyətçiyə məxsusdur. TAP marşrutunun keçdiyi torpaq sahələrinin 45 faizdən çoxu artıq əvvəlki vəziyyətinə gətirilib, ya da daha yaxşı bərpa olunub. Bu o deməkdir ki, insanlar daha sonra bu torpaq sahələrində fəaliyyətlərini davam etdirə bilərlər.
Qeyd edək ki, TAP qaz boru kəməri layihəsinin 60,5 faizdən çoxu icra edilib. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan «Cənub Qaz Dəhlizi»nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. «Şahdəniz» konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.
Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz-2» yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı «Cənub Qaz Dəhlizi»nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, «Şahdəniz-2»dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada «Snam Rete Gas» şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), «Snam S.p.A.» (20 faiz), «Fluxys» (19 faiz), «Enagás» (16 faiz) və «Axpo» (5 faiz).