
Əliyev Vyana qapılarına çatır
Təklənirsiniz, müsyölər!
Təklənirsiniz, müsyölər!
Azərbaycan qazı Avropanın daha çox ehtiyac olduğu bölgələrinə çıxacaq
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
Mavi yanacaq axtarışında olan qədim qitənin diqqəti Azərbaycana yönəlib
İtaliyada hələ də Azərbaycan qazına qarşı çıxanlar kimlərdir?
Azərbaycan layihəsi Rusiya qazına alternativ olmağı bacaracaqmı?
Cənub Qaz Dəhlizinin 2-ci fazası da bitmək üzrədir
TAP-ın Yunanıstanda hissəsində yarımçıq 15, Albaniyada isə 35 km-lik iş də tamamlanır
TAP-dan xəbər var ...
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak edib
Böyük Britaniyanın keçmiş baş naziri İtaliyada “ilişən” Azərbaycan qaz borusuna görə danışıqlara başlayır
Azərbaycanın layihəsi ABŞ üçün İrana qarşı mübarizədən vacibdir
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
Beynəlxalq ticarətdəki yüksəlişin bir nömrəli faktoru LNG olacaq
ABŞ Dövlət Departamenti Azərbaycan borusunun işə salınması haqda
“Önümüzdə yeni uğur hekayələri var”
Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik boru kəmərinin (TAP) Albaniya hissəsinin inşası 99 faizi tamamlanıb.
Albaniya KİV-i xəbər verir ki, boru kəmərinin 215 km-lik Albaniya hissəsinin 213 km-i yekunlaşıb.
Məlumata görə, TAP-ın sınaq işlərinin 2019-cu ildə həyata keçirilməsi, 2020-ci ildə isə kəmərin istismara daxil olması gözlənilir.
TAP-ın Albaniya hissəsində ümumi investisiyanın məbləği 1,5 milyard avro təşkil edir və bu, Albaniyaya ən böyük birbaşa xarici sərmayədir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
TAP layihəsinin ümumi dəyəri 4,5 milyard avro qiymətləndirilir.
“Şahdəniz” konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək.
2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.