vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
14:09 | 15 iyul 2024 | Bazar ertəsi Məqaləyə 169 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sakit uşaq idi”

ABŞ cəmiyyəti Trampa sui-qəsd edən 20 yaşlı gənci araşdırır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da prezident seçkilərinə təxminən 4 ay qalmış Donald Trampa qarşı sui-qəsd gərginliyin artdığı ölkə siyasətində iz buraxdı. Barıt çəlləyinə dönən ölkədə az qala qığılcım effekti yaradan 20 yaşlı hücumçu Tomas Metyu Kruks haqqında keçmiş məktəb dostları diqqətəlayiq təfərrüatları paylaşıblar.

Bütün ölkədə analitiklərdən tutmuş psixoloqlara qədər hər kəs noyabrda keçiriləcək seçkilərdə ABŞ-ın 45-ci prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi edən 20 yaşlı terrorçunun məqsədini araşdırır.

Pensilvaniyada qatıldığı mitinqdə qulağından güllə yarası alan Tramp hücumu fürsətə çevirərək, onsuz da çətin vəziyyətdə olan rəqibi, prezident Co Baydenlə arasındakı uçurumu dərinləşdirməyə başlayıb.

ABŞ ictimaiyyəti hadisə yerində güllələnərək öldürülən hücumçu Tomas Metyu Kruksun hansı motivlə Trampa sui-qəsd cəhdi ilə maraqlanır.

Respublikaçılar Partiyasının üzvü olduğu deyilən 20 yaşlı gəncin keçmiş sinif yoldaşları bildiriblər ki, Kruks pis silah istifadəçisi olduğu üçün məktəbin silah klubuna buraxılmayıb. “New York Post”a bildiriblər ki, Kruks “gülməli dərəcədə pis atıcı idi”.

***

Ceymson Mörfi adlı bir məktəb yoldaşı, Kruksun heç vaxt hədəfi vurmadığını və ilk gün silah klubunu tərk etdiyini söyləyib. Onun başqa bir dostu Kruksun bu səbəbdən gülüş obyektinə çevrildiyini, insanlarla ünsiyyətdə qəribə davranışının ətrafda narahatlıq yaratdığını deyib.

Federal Təhqiqat Bürosu (FTB) dünən verdiyi açıqlamada hücumçunun ideologiyası və hücumu niyə həyata keçirməsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib. Kruksun avtomobilində partlayıcı maddələrin hazırlanmasında istifadə edilən çoxlu miqdarda material tapılıb.

FTB sözçüsü Kevin Rojek bildirib ki, ilkin araşdırmalara görə, hücum edən şəxs təkbaşına hərəkət edib.

Sağlamlıq mərkəzində assistent işləyən Kruksu tanıyanlar gənci “sakit uşaq” kimi xarakterizə edirlər. Çox dostu olmayan gəncin keçmiş müəllimləri Kruksun xüsusilə riyaziyyatda uğur qazandığını bildiriblər.