Məxfi xidməti “yuxuya verib”
2 sutka əvvəl atış poliqonunda saatlarla məşq edən Kruksun evindən 20-dən çox silah, 50 güllə tapılıb
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
“CNN International” Trampa hücumun bütün təfərrüatlarını dünyaya açıqlayıb. Yeni məlumatlar 20 yaşlı hücumçunun Məxfi xidməti necə “yuxuya verdiyi” ortaya çıxarıb.
ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki çıxışı zamanı ona atəş açıb qulağına zərbə endirən Tomas Metyu Kruksu əslində hadisə yerində çoxlu adam görüb. Hadisə şahidləri silahlı şəxsi damın üstünə çıxması barədə polisə məlumat verməyə çalışıblar. “Associated Press” (AP) xəbər agentliyinə danışan iki polis məmuru bildirib ki, atəş səsi eşidilməzdən bir qədər əvvəl mitinq iştirakçıları yaxınlıqdakı binanın damına çıxan şəxsi görüb və yerli polisə xəbərdarlıq ediblər. Məlumata görə, polis silahlı şəxslə ilə damın üstünə çıxarkən qarşılaşıb. Həmin an Kruks Trampa tərəf sürətlə atəş açıb.
İlk atəş açılandan dərhal sonra qarşı damda mövqe tutan snayperlər silahlını vuraraq öldürüblər. Hadisə yerində qeydə alınan görüntülərdə silahlı təhlükəsizlik qüvvələrinin damda ölmüş vəziyyətdə tapılan Kruksa yaxınlaşdığı qeyd edilib. FTB rəsmisi Kevin Rojek hücumçunun bu qədər güllə ata bilməsinin “təəccüblü” olduğunu deyib və bütün detalların açıqlanacağını vurğulayıb.
***
Kruksun adı Respublikaçılar Partiyasının üzvlük siyahısındadır. O, 17 yaşında ikən sol təmayüllü və demokrat siyasətçilər üçün pul toplayan “ActBlue” fonduna 15 dollar ianı də verib. Sui-qəsdçinin Trampı və onun seçki mitinqini niyə hədəfə aldığı hələlik məlum deyil. Hücumun baş verdiyi Pensilvaniya ştatının Batler şəhərindən 70 kilometr aralıda yerləşən “Bethel Park”da yaşayan Tomas Metyu Kruks 2022-ci ildə “Bethel Park” Liseyini bitirib.
***
“CNN International”ın məlumatına görə, məhkəmə-tibb ekspertləri hücum zamanı üç ayrı silahdan atəş açıldığını bildiriblər. Denverdəki Kolorado Universitetindən Katalin Qriqoras və Koul Uaytkottonun təhlilinə əsasən, ilk üç atış bir silaha, sonrakı beş atış isə başqa silaha uyğundur. Son eşidilmiş akustik impuls, ehtimal ki, tamam başqa silahdan yayılıb. Məhkəmə eksperti Robert Maher bildirir ki, səs analizi terrorçunun Trampın danışdığı səhnədən 109-118 metr məsafədən atəş açdığını təsdiqləyib.
Montana Dövlət Universitetinin Ədliyyə elmləri üzrə müəllimi Robert Maher deyib ki, çəkiliş səsdən sürətli uçan güllə mikrofonun yanından keçən zaman eşidilən səs ardıcıllığına bir nümunədir. CNN-ə danışan ekspertin sözlərinə görə, sözügedən səs ardıcıllığına yüksək tezlikli partlayışdan sonra aşağı tezlikli səs daxildir. Bundan əlavə, bu ardıcıllıqdan əvvəl ağız boşluğunun səsi gəlir. Maher onu da əlavə edib ki, güllə dəqiqədə 800-1000 metr sürətlə hərəkət edib və bu, atış nöqtəsinin məsafəsinin 110-120 metr olduğu aydın olur.
***
“CNN İnternational”a danışan ABŞ rəsmiləri Kruksun son 48 saatdakı fəaliyyətini aşkar etdiklərini bildiriblər. Hücumdan 48 saat əvvəl atış poliqonuna gedən və orada saatlarla işləyən Kruks sonra 1,5 metrlik nərdivan və 50 güllə alıb. Ertəsi gün Trampın mitinqinə gedən və aldığı nərdivanla dama çıxan Kruks daha sonra ona sui-qəsd etməyə cəhd edib.
Telefon, internet və yataq otağında aparılan araşdırmalar nəticəsində Kruks sui-qəsd cəhdini etmək üçün heç bir motivasiyaya ehtiyacı duymayıb, yəni heç bir dəlil tapılmayıb. Üstəlik, Kruksun avtomobilindən tapılan partlayıcılar sirr olaraq qalır. Mütəxəssislər hələ də hücumçunun partlayıcıları necə birləşdirdiyinə dair qəti bir nəticəyə gələ bilmirlər. Evində 20-dən çox silah olan Kruksun bu silahların hamısını qanuni yolla aldığı bildirilir. Nəhayət, Kruks-un həmin gün hücum zamanı yeni alınmış güllələrdən istifadə edib-etmədiyi aydın deyil.