vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
18:25 | 19 iyul 2024 | Cümə Məqaləyə 130 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Amerikalı olduğu üçün hədəfdədir”

Rusiya məhkəməsinin Qerşkoviçlə bağlı qərarına Baydendən sərt reaksiya

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Co Bayden Rusiyada “casusluq” ittihamı ilə 16 il həbs cəzasına məhkum edilən “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Qerşkoviçin “ABŞ vətəndaşı və jurnalisti” olduğu üçün hədəf alındığını iddia edib.

Ağ Evdən verilən açıqlamaya görə, Bayden “Evan Qerşkoviçin azad edilməsi üçün sıx səylər göstəririk və bunu davam etdirəcəyik”, – deyib.

Bayden, “Evan Qerşkoviçin heç bir cinayət törətmədiyi halda 16 il həbs cəzasına məhkum edilib. O, jurnalist və amerikalı olduğu üçün Rusiya hökumətinin hədəfinə çevrilib, – deyib.

Evan Qerşkoviç və Rusiyada da saxlanılan keçmiş dəniz əsgəri Pol Uilian (Paul Whelan) kimi “haqsız yerə həbs edilən” amerikalıların ölkələrinə qaytarılmasını təmin etməyin prioritetləri olduğunu ifadə edən Bayden, “Evan sınaqlara qeyri-adi bir güclə dözdü. Cill (Baydenin həyat yoldaşı) və mən, “Evan və ailəsi üçün dua edirik”, – bildirib.

“WSJ” qəzetinin Moskva ofisinin müxbiri Evan Qerşkoviç 2023-cü il martın 29-da Rusiya Federasiyasının Ural vilayətinin Yekaterinburq şəhərində casusluqda şübhəli bilinərək saxlanılıb.

Bu gün Rusiyanın Sverdlovsk vilayət məhkəməsi ABŞ vətəndaşı Qerşkoviçi “casusluqda təqsirli” hesab edərək 16 il müddətinə azadlıqdan məhrum edib.

Digər tərəfdən, ABŞ hərbi təqaüdçüsü Pol Uilan (52) dostunun toy mərasiminə getdiyi Rusiyada 2018-ci ildən bəri eyni əsaslarla saxlanılıb.