vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AMERİKA  
16:02 | 21 iyul 2024 | Bazar Məqaləyə 148 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məxfi xidmət imtina etdi

Tramp isə alternativ namizədə hücum hazırlığına başladı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçən həftə hücuma məruz qalan ABŞ-ın keçmiş prezidenti Donald Trampın əlavə təhlükəsizlik tələblərinin iki il ərzində Gizli Xidmət tərəfindən rədd edildiyi ortaya çıxıb. Hesabat ABŞ-ın gündəmində bomba effekti yaratdı. Məxfi xidmət əvvəlcə bu iddiaları təkzib etsə də, sonradan Trampın bəzi xahişlərinin rədd edildiyini etiraf edib.

“Washington Post” başqa bir xəbərdə Demokrat Partiyası donorlarının Baydenin namizədlikdən geri çəkilməsi üçün təzyiqləri artırdığını yazarkən, Donald Trampın komandasının Baydenin geri çəkiləcəyi təqdirdə onun yerinə gələcək Kamala Harrisi devirmək üçün hazırlıqlara başladığı iddia edildi.

Mənbələr “New York Times”a bildiriblər ki, Trampın komandasının hücum planında əsas diqqət Harrisin hazırkı rekordu və Kaliforniyadakı vəzifəsində olduğu müddətdir.

İddialara görə, Trampın seçki kampaniyası strateqləri Harris haqqında araşdırma kitabları hazırlayırlar. Anti-Harris bannerləri, reklam çarxları və sosial media videoları artıq mövcuddur.

Üstəlik, bu hazırlıq təkcə Harris üçün deyil, Baydeni əvəz edə biləcək bütün potensial namizədlər üçün edilir.