vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
22:14 | 21 iyul 2024 | Bazar Məqaləyə 125 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bayden namizədliyini geri götürdü

Çağırışlar öz nəticəsini verdi

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkilərindən geri çəkilib. Baydenin səhhətindəki problemlərə görə “namizədliyini geri götürmək” çağırışları öz nəticəsini verdi.

Bayden, sosial media hesabından verdiyi açıqlamada, səlahiyyət müddəti bitən 2025-ci ilin yanvarına qədər prezident və baş komandan olaraq vəzifəsini davam etdirəcəyini və bu həftə xalqa müraciət edəcəyini bildirib.

Bayden X hesabından yazısında aşağıdakı ifadələrdən istifadə etdi:

“Sizin prezident kimi xidmət etmək həyatımın ən böyük şərəfi olub. Yenidən seçilmək istəsəm də, hesab edirəm ki, vəzifədən getməyim partiyamın və ölkəmin ən yaxşı mənafeyinə uyğundur və səlahiyyət müddətimin qalan hissəsində yalnız Prezident kimi öz vəzifələrimi yerinə yetirməyə diqqət yetirirəm”.

Namizədlikdən geri çəkilməklə Bayden müavini Kamala Harrisin namizəd olma ehtimalını da artırıb. Demokratların seçimi kimi görünən Harrisin namizədlik uğrunda mübarizə aparıb-aparmayacağı hələ bəlli deyil.

***

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün Bayden və onun Respublikaçı rəqibi Donald Tramp iyunun 27-nə keçən gecə CNN-də ilk canlı yayım debatında bunu müzakirə ediblər.

81 yaşlı Bayden ikinci müddətə namizədliyi dövründə yaşı ilə bağlı narahatlıqları təmin etmək üçün kifayət qədər performans göstərə bilmədi və proqramdan sonra sıx tənqidlərə məruz qaldı. Baydenə Demokrat Partiyasından və Baydeni dəstəkləyən bəzi media qurumlarından “prezident seçkilərindən geri çəkilməyə” çağırış edilib.

Bayden isə səhhətinin əvvəlki kimi olmadığını etiraf edib, Trampa qarşı hələ də ən yaxşı alternativ olduğunu bəyan edib və yarışdan geri çəkilməyəcəyini açıqlayıb.