vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
23:14 | 21 iyul 2024 | Bazar Məqaləyə 113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Harrislə daha asan olacaq”

Donad Tramp: “Bayden prezidentliyə layiq olmayıb”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezidentlik yarışının ABŞ prezidenti Co Baydenlə ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında olacağı dəqiq hesab edilirdi. Bununla belə, Baydenə “namizədliyini geri götürmək” çağırışları nəticə verdi və bu axşam Bayden 4 ay sonra keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini açıqladı.

***

Baydenin namizədlikdən geri çəkilməsinə cavab onun 2020-ci ildəki rəqibi, keçmiş ABŞ prezidenti Donald Trampdan gəlib. “O, ölkəmizin tarixinə indiyədək ən pis prezident kimi düşəcək. Vitse-prezident Harrisi məğlub etmək Baydendən daha asan olacaq”, – Tramp CNN-ə deyib.

“Social Truth” sosial media platformasında verdiyi açıqlamada Tramp, Baydenin 2020-ci ildə “yalan və saxta xəbərlər” sayəsində prezident seçildiyini bildirib, həkiminin və ətrafındakıların Baydenin prezident olmayacağını bildiyini deyib.

***

Tramp: “Bayden heç vaxt prezident olmamalı idi”. O, Baydenin prezidentliyi dövründə ölkənin böyük zərər gördüyünü iddia edib.

“Bayden heç vaxt prezidentliyə layiq ola bilməyib və prezident kimi davam etməyə yararsız idi”. Tramp bəyan edib ki, Baydenin prezidentliyi dövründə ölkəyə vurduğu ziyanı tez bir zamanda bərpa edəcək.

ABŞ prezidenti Co Bayden vitse-prezident Kamala Harrisin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini geri götürdüyünü elan etdikdən sonra onu dəstəklədiyini açıqlayıb.