vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AMERİKA  
23:36 | 27 iyul 2024 | Şənbə Məqaləyə 209 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“3 həftə əvvəl heç kim idi”

Trampdan adını səhv tələffüz etdiyi Harrisə sərt sözlər

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidentlik yarışında qızğın mübarizə davam etdikcə, istifadə edilən ritorikanın sərtliyi də artır. Respublikaçılar Partiyasının prezidentliyə namizədi və ABŞ-ın keçmiş prezidenti Donald Tramp Demokratlar Partiyasından mümkün rəqibi Kamala Harrisi sərt sözlərlə hədəfə alıb. Florida ştatının West Palm Beach şəhərində ABŞ Möminləri Sammitində çıxış edən Tramp Kamalə Harrisi ABŞ sərhədini qorumamaqda günahlandırıb. Tramp bu sözləri ilə media qurumlarının əvvəllər Harrisi sərhədçi elan etdiklərinə, indi isə heç vaxt belə bir söz demədiklərinə işarə edib.

***

Tramp Harris haqqında “o, üç həftə əvvəl heç kim idi, uğursuz vitse-prezident və milyonlarla insanın keçdiyi sərhədi qoruya bilməyən administrasiya üzvü idi. Əvvəlcə onu “sərhəd keşikçisi” elan etdilər, amma indi dediklərini danırlar. Tariximizdə ən pis sərhəd təhlükəsizliyinə malik olduğumuz üçün bu sözləri hər yerdə silirlər. 3,5 il əvvəl ən yaxşı sərhəd mühafizəsi bizdə idi".

***

Prezident Bayden 2021-ci ildə Harrisi Mərkəzi və Cənubi Amerikadan kütləvi miqrasiyanın əsas səbəblərini həll etmək üçün təyin etdi. Bayden 2021-ci ilin martında Harrisin cənub sərhədində miqrant axını kimi problemləri həll etmək üçün Meksika, Qvatemala, Honduras və El Salvador ilə koordinasiya səylərinə rəhbərliyi ona həvalə etdi. Bu həftə Nümayəndələr Palatası da vitse-prezident Kamala Harrisi sərhəd təhlükəsizliyi ilə bağlı qınayan qanun layihəsini qəbul edib. Qanun layihəsi 220-196 səslə qəbul edilib.

***

Digər tərəfdən, Tramp vitse-prezident Kamala Harrisin adını daim səhv tələffüz etməsinə də toxunub: “Adınızı səhv tələffüz etməyimin vecimə deyil. İnsanlar mənim bunu qəsdən etdiyimi düşünür, amma eşitmişəm ki, adınızı tələffüz etməyin bir çox yolu var”.

Trampın Kəmalə Harrisin adını bilərəkdən səhv ifadə etdiyi düşünülür. Kamala adı hind dilindən gəlir. Trampın bu şəkildə Harrisin mənşəyini nəzərdə tutduğu iddia edilib. Tramp çıxışını “Harrisi amansızlıqla məğlub etməliyik” deyərək və seçicilərindən səs istəməsi ilə tamamlayıb.

***

ABŞ prezidenti Co Bayden keçən həftə namizəd olmayacağını açıqlayıb və yarışdan geri çəkilib. Demokrat Partiyasının gələn ay keçiriləcək növbəti qurultayında vitse-prezident Kamala Harrisi prezidentliyə namizəd kimi elan edəcəyi gözlənilir. Harrisin Demokratlar Partiyası daxilində prezidentliyə namizədlik üçün kifayət qədər nümayəndənin səsini topladığı açıqlanıb.