vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
12:05 | 28 iyul 2024 | Bazar Məqaləyə 180 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bitkoininizi satmayın”

Tramp ABŞ-ı “planetin kriptovalyuta paytaxtı” edəcəyini vəd edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ı “planetin kriptovalyuta paytaxtı və dünyanın “Bitcoin” (Bitkoin) supergücü” etmək planlarını açıqlayıb.

Donald Tramp Nashvilledə keçirilən Bitkoin konfransında kriptovalyutalarla bağlı siyasəti ilə bağlı çıxışlar edib.

ABŞ kriptovalyuta və Bitkoin texnologiyasını mənimsəməsə, Çinin də qəbul edəcəyini bildirən Tramp, bu sahədə Pekinin hakim və uğurlu olmasına icazə verməyəcəklərini bildirib.

Tramp, “Mən istəyirəm ki, ABŞ texnologiya, elm, istehsalat, süni intellekt və kosmosda birinci olsun”, – deyib.

ABŞ-ın “planetin kriptovalyuta paytaxtı və dünyanın Bitkoin super gücü” olmasını təmin etməyi planlaşdırdığını vurğulayan Tramp, “Kripto gələcəyi müəyyənləşdirəcəksə, mən onun çap və istehsal olunmasını istəyirəm. Bitkoin Aya gedir və mən Amerikanın yol göstərən ölkə olmasını istəyirəm”, – deyib.

***

Təxminən 175 milyon insanın Bitkoin və kriptovalyuta ilə maraqlandığına diqqət çəkən Tramp, ABŞ prezidenti Co Bayden administrasiyasını kriptovalyuta ilə bağlı tənzimləmələrinə görə tənqid edib.

Tramp ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) Bitkoini məhv etdiyini iedia edərək, “Vəzifəyə gəldiyim ilk gün Qeyri Qensleri (Gary Gensler) işdən çıxarıb yeni SEC sədri təyin edəcəyəm”, – deyib.

Vəzifəyə başlayan kimi Bitkoin və kripto üzrə prezident məsləhət şurası təyin edəcəyini ifadə edən Tramp, bu şuranın vəzifəsinin bütün sənayenin xeyrinə şəffaf tənzimləmələr hazırlamaq olacağını və bunu 100 gün ərzində tamamlayacaqlarını bildirdi. .

Tramp, həmçinin qeyd edib ki, ABŞ prezidenti olduğu müddətdə heç vaxt Mərkəzi Bank Rəqəmsal Valyuta (CBDC) olmayacaq.

***

Bitkoinin dollar üçün təhlükə olmadığını müdafiə edən Tramp, “Mövcud ABŞ hökumətinin rəftarı dolları həqiqətən təhdid edir. Maliyyə gələcəyimiz üçün təhlükə kriptovalyutadan deyil, Vaşinqtondan gəlir”, – deyib.

Tramp Bitkoin və kriptovalyutaların hər zamankindən daha sürətlə bahalaşacağını ifadə edərək, “Bitkoininizi heç vaxt satmayın” tövsiyəsini verib.

Seçiləcəyi təqdirdə, ABŞ-ın hökumətə məxsus və ya əldə etdiyi bütün bitkoinlərə sahib olacağını qeyd edən Tramp bunun strateji milli Bitkoin fondunun əsasını təşkil edəcəyini bildirib.

“Mən Amerikanın ehtiyac duyduğu və vətəndaşlarımızın layiq olduğu innovasiya tərəfdarı, bitkoin tərəfdarı olacağam”, – deyib.