vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
08:22 | 17 avqust 2024 | Şənbə Məqaləyə 189 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kolumbiyada terror təhlükəsi

Polisin basqın etdiyi evdən çoxlu partladıcı maddə tapılıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Amerika ölkəsi Kolumbiyada polis və hərbi birləşmələr Ədalət Sarayına hücum ehtimalına qarşı geniş təhlükəsizlik tədbirləri görüb. Polis paytaxt Boqotanın cənubundakı Bolivar rayonunda iki evə basqın edərək Ədliyyə Sarayının maketi və çoxlu sayda partlayıcı maddə ələ keçirib.

Əməliyyatdan sonra həyəcan təbili çalan təhlükəsizlik qüvvələri tarixi Bolivar Meydanında yerləşən Ədalət Sarayının ətrafında təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırıb. Ali Məhkəmə üzvləri və əməkdaşları təhlükəsizlik səbəbilə bir müddət olduqları yerdən ayrıla bilməyiblər.

Kolumbiya mətbuatında dərc olunan xəbərdə həbs edilən şəxslərin uzun müddətdir Ədliyyə Sarayına hücum planları qurduğu bildirilib. Sədr və Ali Məhkəmənin üzvləri vəziyyəti dəyərləndirmək üçün Milli Polis rəsmiləri ilə geniş müşavirə keçiriblər.

1985-ci ildə Kolumbiyada Ədalət Sarayına basqın zamanı 94-dən çox insan həyatını itirmişdi. Bu terror ölkə tarixində ən qanlı aksiyalardan biri hesab olunur.