vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
17:47 | 17 avqust 2024 | Şənbə Məqaləyə 142 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qonşularımızla münasibətlərimiz zəifdir”

Pezeşkian: “Ölkə ağır şərtlər altında və insanlar çətin vəziyyətdədir”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İran prezidenti Məsud Pezeşkian kabinetinə təklif etdiyi 19 nazir namizədinin vəsiqələrinin yoxlanılacağı açıq parlament iclaslarının açılışında çıxış edib. Ölkəsinin ağır iqtisadi şəraitdə və xalqın isə narazı olduğunu bildirən Pezeşkian, “Bu, Amerikanın və ya xaricilərin deyil, bizim günahımızdır”, – deyib.

Parlamentə təqdim etdiyi kabinetin “milli birlik hökuməti” olduğunu bildirən Pezeşkiyan hökumətinin xalqın hüquqlarını qoruyacağına söz verib və “Bu gün dəyişiklik üçün millətin bütün üzvlərinin səsini və istəklərini eşitmək fürsətidir”, – deyib.

Pezeşkiyan, “İqtisadi, sosial, ekoloji, təhsil və mədəniyyət sahələrində ədalətsizlik və uyğunsuzluq hər şeyə təsir edir”, – deyib.

Çıxışında ədalət məsələsini vurğulayan prezident, “hökumətin vəzifəsi ədalətli davranmaq, xalqı razı salmaqdır. Bu, bütün qəlbimizlə inandığımız prinsipdir. Heç bir din, inanc, imam, peyğəmbər ədalətdən kənara çıxmayıb. İstər dindar olsun, istər olmasın, türk, fars, ərəb, ya yad olsun, ya yerli fərq etməz, bütün mübarizə ədalət üçündür”, – deyib.

Keçmişin üsulları ilə problemi həll etməyin mümkün olmayacağını deyən Pezeşkiyan çıxışını belə davam etdirib: “Məsələmiz ondan ibarətdir ki, xalq bizdən razı olmalıdır, lakin bu insanlar bu gün bizdən razı deyillər. Əgər xalq narazıdırsa, bu, Allaha qarşı müharibə aparmaq deməkdir. Bu, Amerikanın və ya xaricilərin deyil, bizim günahımızdır”.

***

Pezeşkiyan ölkəyə qarşı təhdidlərdən danışaraq, "Amerika bu təhdidlər arasında birinci yerdədir. Amerika sanksiyalar tətbiq edir, amma biz birləşsək bu təhdidləri aradan qaldıra bilərik. Bölgədə gərginlik və müharibə var, qan tökülür. Bizim qonşularımızla əlaqələrimiz zəifdir, sosial kapitalımız azalıb, daxili bütövlüyümüz zəifləyib, hakimiyyətin millətin gözündəki reputasiyası zəifləyib. Bunlar bizim zəif tərəflərimizdir”, – deyib.

Korrupsiyaya qarşı mübarizəni şiddətlə davam etdirəcəklərini bildirən Pezeşkiyan, “Biz bu millətə idarə etməyə deyil, xidmət etməyə gəldik. Dövlət xidmət vasitəsi olmalıdır, əks halda əhəmiyyətsiz və dəyərsizdir”, – deyib.

Pezeşkiyan millət vəkillərindən anlaşma, həmrəylik və ölkənin müxtəlif sahələrdəki vəziyyətinə diqqət yetirərək, bütün kabinetə etimad səsverməsi vermələrini gözlədiyini bildirib.

İran prezidentinin parlamentə təqdim etdiyi kabinetlər siyahısındakı adların vəsiqələrinin yoxlanılacağı açıq parlament iclasları avqustun 21-dək davam edəcək. Avqustun 21-də parlamentdə nazirliyə namizədlər üçün ayrıca etimad səsverməsi keçiriləcək.