Təyyarədaşıyanlar 1 sentə satıldı
“Kitty Hawk” və “John F. Kennedy”nin son mənzili Texas oldu
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
Hərbi Dəniz Qüvvələrinin “Kitty Hawk” və “John F. Kennedy” təyyarədaşıyan gəmiləri 2022-ci ildə Texasda gəmiqayırma şirkəti “International Shipbreaking Limited”ə satılıb. İki təyyarədaşıyan gəmini muzeyə çevirmək çağırışlarına baxmayaraq, hər birini bir sentə satmasının səbəbi texniki xidmət xərclərinin yüksək olması bildirilib.
Vaşinqtonda yerləşən “Centre for National Interest” analitik mərkəzi tərəfindən iki ayda bir nəşr olunan “National Interest” jurnalı Soyuq Müharibə dövründən qalan gəmilərin baxım xərclərinin çox yüksək olduğuna diqqət çəkib.
“John F. Kennedy” 2007-ci ildə, “Kitty Hawk” isə 2009-cu ildə istismardan çıxarılıb. Veteranlar Assosiasiyası “Kitty Hawk” gəmisini muzeyə çevirmək üçün 5 milyon dollar toplayıb.
Bununla belə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Dəniz Sistemləri Komandanlığı (NAVSEA) gəmiləri satmaq qərarına gəlib.
Xəbərdə gəmilər muzeyə çevrilsə belə, ziyarətçilərdən gələn gəlirin gəmilərin baxım xərclərini qarşılaya bilməyəcəyi bildirilib.
O da qeyd olunur ki, təyyarədaşıyan gəmilərin Texasa daşınması xərcləri donanma tərəfindən qarşılanıb. Bildirilir ki, hər gəminin sökülməsi 18 ay çəkə bilər.
ABŞ-da 5 döyüş gəmisi muzey kimi istifadə olunur, lakin onların heç biri Soyuq Müharibə dövrünə aid deyil. Xəbərdə tok-şou aparıcısı Cey Leno, Hollivud ulduzu Bred Pitt və “Üzüklərin əfəndisi” serialını kinoya uyğunlaşdıran Piter Ceksonun hərbi maşınlar alaraq öz kolleksiyalarını yaratdıqları xatırladılır.
Digər tərəfdən, “Microsoft”un qurucularından Pol Allen və ya texnologiya milyarderi İlon Mask kimi adların işə qarışsaydı, bəlkə də “Kitty Hawk” və “John F. Kennedy”nin xilas ola biləcəyi yazılır.