vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
07:53 | 20 avqust 2024 | Çərşənbə axşamı Məqaləyə 142 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Co Bayden ağladı

Bir dövrün sonu

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Bayden dövrünün bitdiyini və Harris dövrünün başladığını elan etmək üçün Demokrat Partiyasının Konqresində salona addımlayan kimi ABŞ prezidenti Baydenin gözləri yaşla doldu və qızı Eşli Baydeni qucaqlayaraq uzun müddət ağlayıb.

İki ay əvvəl Demokratların prezidentliyə namizədi olan Co Bayden indi partiya daxilində Kamala Harrisin “tacqoyması” ilə başa çatacaq konqresin spikerlərindən biri idi.

ABŞ-ın hazırkı prezidenti gecənin son nitqini söyləməzdən əvvəl səhnəyə çıxarkən göz yaşlarını saxlaya bilməyib, qızı Eşli Baydeni uzun müddət qucaqlayıb.

Salondakı partiya üzvləri “Təşəkkür edirəm Co” şüarları səsləndirərkən, Bayden “Amerika, səni sevirəm” deyərək qarşılıq verib.

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris və vitse-prezidentliyə namizəd Tim Valz da ayağa qalxaraq Baydeni kütlə ilə birlikdə “son vəzifələrini” yerinə yetirərək alqışlayıblar. Baydenin köməkçiləri bu çıxışı vida kimi təsvir etməsələr də, bir çoxları bu anın Baydenin 50 illik siyasi karyerasında son böyük səhnə çıxışlarından biri olduğunu düşünür.

Bu qurultay Demokrat Partiyasında bir dövrün bitdiyinin, yeni rəhbərliyin başladığının əlaməti kimi tarixə düşəcək.