vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
15:14 | 21 avqust 2024 | Çərşənbə Məqaləyə 365 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nyu-Yorkdakı kislə Bakıdakı mənzil qiymətinə satılıb

Keşişin “məscidə çevirəcəklər” iddiası sosial mediada çaşqınlıq yaradıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Nyu-York şəhərində kilsənin müsəlman icmasına məxsus şirkətə satılması sosial mediada müzakirələrə səbəb olub. Buffalo şəhərindəki “St Ann” kilsəsinin “Buffalo Crescent Holdings”ə satışı 2022-ci ildə tamamlanıb.

Şirkət “Downtown Buffalo” qeyri-kommersiya İslam Mərkəzi ilə birlikdə fəaliyyət göstərir. Buffalo Katolik Yeparxiyasından verilən açıqlamada 1886-cı ildə alman mühacirlər tərəfindən inşa edilən kilsənin artan baxım xərcləri səbəbiylə 250 min dollara satıldığı bildirilib.

Satış ilk vaxtlarda çox səs-küy yaratmasa da, keşiş Ronald Vierlinqin avqustun 12-də “Twitter”dəki paylaşımı məsələni yenidən gündəmə gətirib. Keşiş öz paylaşımında kilsənin məscidə çevriləcəyini iddia edib. Lakin “Downtown Buffalo” İslam Mərkəzinin internet saytında və ya müqavilə sənədlərində kilsənin məscidə çevriləcəyi ilə bağlı heç bir açıqlama yoxdur.

Bir “Twitter” istifadəçisi paylaşıma şərh yazıb və "Müsəlmanlar 250 min dollara kilsə alırlar, amma mən yaxşı məhəllədə 500 min dollara belə ev ala bilmirəm”, – yazıb.

Başqa bir “Twitter” istifadəçisi isə “Katolik kilsələrini müsəlmanlara sataraq məscidə çevirmək küfr və axmaqlıqdır”, – deyib.

Bunun üzərinə keşiş Vierlinq ardıcıllarına səslənərək, baş verənlərə görə müsəlman azlıqları günahkar hesab etməmələrini xahiş edib.

Buffalo Yeparxiyasının sözçüsü Co Martone, Nyu-Yorkdakı katolik kilsəsi ilə bağlı xəbərlər dərc edən “The Tablet”ə verdiyi açıqlamada, ibadət yerinin 2012-ci ildən bəri istifadə edilmədiyini bildirib.

Həmin vaxt kilsənin baxım xərcləri üçün 30 milyon dollar istəndiyini bildirən Martone ibadət yerinin satışının həm qanuna, həm də dinə uyğun olduğunu bildirir.

Mətbuat katibi bildirir ki, dini ayin kimi istifadə oluna bilməyən kilsələrin statusu “müqəddəs dəyərlərə zidd olmayan şəkildə” dəyişdirilə və başqa məqsədlər üçün satıla bilər.