vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TƏHSİL, DİN  
00:40 | 7 iyun 2013 | Cümə Məqaləyə 1979 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mehriban Əliyevaya Quran hədiyyə olundu

Azərbaycanın birinci xanımı bir sıra obyektlərdə əsaslı təmirdən sonrakı şəraitlə tanış olub

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Xəzər, Nəsimi və Binəqədi rayonlarındakı bir sıra obyektlərdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.

Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidində yenidənqurmadan sonrakı vəziyyətlə tanış oldu. Məscidin axundu hacı Həsən Mehriban Əliyevaya “Qurani-Kərim” hədiyyə etdi. Birinci xanım Binə sakinləri ilə söhbət etdi. Sakinlər qəsəbədə görülən işlər, həyata keçirilən layihələrə görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Sonra Mehriban Əliyeva Nəsimi rayonundakı 74 və 92 nömrəli, Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 298 nömrəli uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış oldu. Birinci xanım görülən işlərdən razılığını bildirdi.